Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdan Türkiyəyə avtobus reysləri boş qalıb


Bakı-Samandra-Antalya, Bakı-Samandra-Alanya, Bakı-Samandra-Bodrum, Bakı-Samandra-İzmir, Bakı-Samandra-Kuşadası istiqamətində reyslər həyata keçirilməyə başlanıb


Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) fins.az-a verilən məlumata görə, hələlik ancaq Antalya reysinə müraciətlər daha çoxdur.

Bildiriblər ki, Bakl-Antalya reysinə bu günədək cəmi 30 bilet satılıb. Kuşadası, Alaniya, Bodrum və İzmir istiqamətlərinə biletlər isə satışda olsa da hələ ki müraciət edən olmayıb. DANX-dan bunu reyslərin yeni açılması, hələlik vətəndaşların bu haqda məlumatlı olmaması ilə izah ediblər.

Xidmətin mətbuat katibi Şəfa Mehmanqızı istifadə edilməyən reyslərin bağlanması barədə danışmağın hələ tez olduğunu bildirib: “Bakıdan Türkiyənin ayrı-ayrı şəhərlərinə avtobus reysləri tələbat oldugu üçün müraciət əsasında açılıb və mövsümi xarakter daşıyır. Ona görə bilet satılmayan reyslərin bağlanması barədə danışmaq hələ tezdir”.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı və "Metro" turizm şirkəti arasında əldə olunan razılığa əsasən, iyulun 20-dən Bakı-Samandra-Antalya, Bakı-Samandra-Alanya, Bakı-Samandra-Bodrum, Bakı-Samandra-İzmir, Bakı-Samandra-Kuşadası istiqamətində reyslər açılıb .

Şəhərin məsafəsindən asılı olaraq səfər saatı 30-40 saat arasında dəyişir. Biletin qiyməti 120 AZN təşkil edəcək. Biletə baqaj da daxildir. Qeyd edək ki, reyslər həftənin 2-4-6-cı günləri həyata keçirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar