Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Başqanlığa hələlik rəsmən bir iddiaçı var


Gülağa Aslanlı: “Qeydə alınma Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin qaydalarına uyğun aparılır”


Məlum olduğu kimi, Müsavat Partiyası sentyabrın 27-də VIII qurultayını keçirməklə bağlı qərar qəbul edib. Partiya BŞİH tərəfindən yer ayrılmaması səbəbindən indiyədək Ali orqana seçkilərini təxirə salmaq məcburiyyətində qalmışdı. Lakin bu dəfə qərargahda olsa belə, Müsavat ali tədbiri keçirməkdə israrlıdır.

Artıq avqustun 28-dən etibarən seçkili orqanlara namizədliyini irəli sürən şəxslərin qeydə alınması prosesinə başlanılıb. Sentyabrın 27-də qurultay nümayəndələri tərəfindən partiyanın başqanı, Məclis üzvləri və MNTK-sı seçiləcək. Keçən 3 gün ərzində bu seçkili orqanlara namizədliklərini irəli sürən şəxslər kifayət qədərdir.

Müsavat başqanının müavini Gülağa Aslanlı həftənin bazar günü istisna olmaqla, bütün günləri namizədlərin qeydiyyat prosesinin aparıldığını bildirdi: “Qeydə alınma Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin qəbul elədiyi qaydalara uyğun aparılır. Ərizəçilər Müsavat Partiyasının qərargahına üz tuturlar. Qeydə almanı iki nəfər həyata keçirir. Hər gün səhər saat 10:00-dan axşam 18:00-a qədər sənədlər qəbul edilir. Ərizəçi xüsusi sənəddə namizədliyini verdiyi barədə imza atır. İmza atdığı andan artıq onun namizədliyi qeydə alınmış hesab olunur. İndiyə qədər bir nəfər başqanlığa (Tural Abbaslı), 6 nəfər MNTK-ya, 25 nəfər isə Məclis üzvlüyünə namizədliyini  irəli sürüb”.

Başqan müavini qurultaya yer ayrılması ilə bağlı BŞİH-yə hələ ki, müraciət edilmədiyini söylədi: “Yerlə bağlı müraciət hazırlanır. Yəqin ki, sentyabrın 1-də keçiriləcək Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında müzakirə olunandan sonra müraciət ünvanlacaq”.

Gülağa Aslanlı hazırkı başqan İsa Qəmbərin indiyədək qurultayla bağlı heç bir seçkili orqana namizədliyini vermədiyini də bildirdi.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar