Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdədə soyqırım qurbanları anıldı - Fotolar


Bərdədə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilmişdir


PİA.AZ-a daxil olan məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya geniş məruzə etmişdir. Bildirmişdir ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş ermənilərin etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə, kütləvi qətl və qırğınlara məruz qalmışdır. Azərbaycanlılar min illər boyu yaşadıqları tarixi dədə-baba torpaqlarından didərgin salınmış, indi Ermənistan adlandırılan həmin torpaqlarda xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
 
Tədbirdə 1948-51-ci illərdə ermənilər tərəfindən Qərbi Azərbaycanın Vedibasar rayonundan deportasiya olunmuş, hazırda Otuzikilər kənd sakini, təqaüdçü Yaqubov Lətif Cəlil oğlu,1948-51-ci illərdə ermənilər tərəfindən Qərb Azərbaycanın Exiqnadzor rayonundan deportasiya olunmuş, hazırda Əmirli kənd sakini Abişov Vaqif Həsən oğlu, Qərbi Azərbaycanın Basarkeçər rayonundan deportasiya olunmuş ailənin övladı Hacızadə Aqşin Şiruyə oğlu ermənilər tərəfindən azərbaycanlıların soyqırımı haqqında çıxış etmişlər. 

Tədbir şəhər 8 saylı tam orta məktəbin şagirdlərinin göstərdiyi kompozisiya ilə başa çatmışdır.

Tədbirdə YAP Bərdə rayon təşkilatının akt zalında keçirilən rayon İcra Hakimiyyətinin başçısı aparatının, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və məsul işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak
etmişlər.







pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar