Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəzi qurumlar yoxlanılacaq



Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib


Kollegiya iclasında “2015-2017-ci illər üçün Strateji İnkişaf Planının icrasına dair Tədbirlər Planı” müzakirə olunub.

Publika.az xəbər verir ki, strateji İnkişaf Planında nəzərdə tutulmuş əsas prioritet istiqamətlər, o cümlədən Palatanın dövlət büdcəsinin təhlili və audit funksiyalarının icrası ilə potensialının artırılması, hüquqi çərçivənin təkmilləşdirilməsi, audit standartlarının tətbiqi, insan resurslarının idarəolunması və təlim sisteminin inkişafı, kənar tərəfdaşlarla əlaqələrin yaradılması, həmçinin risklərin idarəolunması ilə bağlı məqsədlər Kollegiya üzvlərinin diqqətinə çatdırılmışdır. Qoyulmuş əsas və altməqsədlərə nail olunması istiqamətində tədbirləri əhatə edən fəaliyyət planı müxtəlif istiqamətlər üzrə ayrı-ayrılıqda müzakirə edilərək həyata keçirilməsi ilə bağlı real müddətlər müəyyənləşdirilərək “2015-2017-ci illər üçün Strateji İnkişaf  Planının icrasına dair Tədbirlər Planı” təsdiq edilib.

Kollegiyada, eyni zamanda, aşağıdakı nəzarət tədbirləri üzrə proqramlar təsdiq olunub. Bunlar  dövlət büdcəsinin dövlət xidmətləri, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Xızı rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair və Naxçıvan MR büdcəsindən Naxçıvan şəhər MR Mədəniyyət və Turizm Nazirliyinin aparatının və Nazirliyin mərkəzləşdirilmiş hesabatlığından maliyyələşən təşkilatların  saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinin və büdcədənkənar vəsaitlərin icrasına dairdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar