Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?


Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik


Qoç - öz problemlərinin həllini başqalarına etibar etməyə öyrəşənlər üçün daha çətin olacaq. Çünki bu gün sualların lazımi cavabını tapma və çətinlikləri aşmaq yalnız müstəqil şəkildə mümkündür.

Buğa - yaxınlarınızla fikir ayrılıqlarını günün birinci yarısında yoluna qoymağa çalışın. Axşam yaxınlaşdıqca sülhü bərqərar etmək çətin olacaq. Unutmayın ki, bu gün şəxsi sahədə ən vacib şey diqqətdir: diqqətin azlığını hədiyyə və pulla kompensasiya etməyə çalışmayın.

Əkizlər - günün birinci yarısından ən çətin işlərin həlli üçün istifadə edin. Məhz bu vaxt diqqəti cəmləşdirmək, prioritetləri düzgün müəyyənləşdirmək, lazımsız şeylərin kənara atmaq daha asan olacaq. Maraqlı təkliflər mümkündür. Günün ikinci yarısında isə böyük ehtiyatlılıq nümayiş etdirmək, yalnız xırda cari işlərlə məşğul olmaq lazımdır. Çünki səhv buraxmaq ehtimalı çox yüksək olacaq.

Xərçəng - siz yaxınlarınız, xüsusilə qadınlarla pis yola getməyəcəksiniz. İntuisiyanız sizdən nə gözlədiklərini söyləyəcək. Məlum olacaq ki, onların gözləntiləri elə də çox deyil.

Şir - yeni layihələrə başlamaq üçün pis gün deyil. Onlar barədə nə qədər tez düşünsəniz, o qədər yaxşıdır. Nüfuzlu adamlarla fiikr ayrılıqları mümkündür. Amma sonunda razılığa gəlmək mümkün olacaq. Üstəlik, sizin haqlı olduğunuz hamı tərəfindən etiraf ediləcək.

Qız - səfərlərdə ehtiyatlı olun. Təyyarə və gəmi gəzintiləri tövsiyə olunmur. Emosional fon sabit deyil. Axşam sevdiyiniz adam sizi xoş sürprizlə sevindirəcək.

Tərəzi - yüksək işgüzar aktivliyinizlə fəxr edə bilməzsiniz. Bu isə o deməkdir ki, işlərdə durğunluq tamamilə mümkündür. Maraqlı imkanları əldən buraxmaq, tənbəllik üzündən cəlbedici təklifləri rədd etmək təhlükəsi var. 

Əqrəb - yardım vəd edən adamlardan həddindən çox şey gözləməyin və onlar ümidlərinizi doğrultmasalar inciməyin. Bu cür yanaşma bir çox xoşagəlməzliklərdən qaçmağa imkan verəcək.

Oxatan - ətrafda baş verən hər şeyə çox emosional reaksiya verirsiniz. Yanınızda sizi dəstəkləməyə, təsəlli verməyə hazır olan adam varsa, bu, o qədər də vacib deyil. Ən pisi xoş sözlərin yalnız nəzakət xatirinə söylənməsidir - siz bunun saxta olduğunu ustalıqla hiss edəcəksiniz.

Oğlaq - bu gün əvvəlkindən bir qədər yaxşıdır. Amma onu da parlaq və aydın adlandırmaq olmaz. Emosional fon sabit deyil, əhval-ruhiyyəniz saatbasaat dəyişəcək. Amma niyə sevindiyinizi və ya niyə kədərləndiyinizi bəzən heç özünüz də anlaya bilməyəcəksiniz. Günün ortası ünsiyyət üçün daha çətin vaxtdır: bu vaxt həm özünüzlə yola gedə biləməyəcəksiniz, həm də ətrafdakılarla küsülülüklər olacaq.

Dolça -  kifayət qədər əlverişli zamandır. Bundan günə yekun vurmaq və gələcək planları qurmaq üçün istifadə etmək olar. Bu gün özünüzün və başqalarının hərəkətlərini sağlam düşüncə ilə təhlil edəcək, nə başqalarının məsuliyyətini öz üzərinizə götürəcək, nə də öz günahınızı başqasının üstünə atmağa çalışacaqsınız.

Balıqlar - ünsiyyət, işgüzar və şəxsi görüşlər, sövdələşmələr üçün olduqca əlverişli gündür. Bu gün bir çox çətin vəzifələrin öhdəsindən başqa bürclərin nümayəndələri ilə müqayisədə daha yaxşı gələcəksiniz. Həm rəqibləri qabaqlamaq, həm də çox nüfuzla adamlar arasından yeni müttəfiqlər tapmaq şansı var. (milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar