Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?


Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik


Qoç -  əvvəllər gördüyünüz işlərə görə ödəniş alacaqsınız. Bununla belə, xərclər də az olmayacaq. Günün ikinci yarısında təmasları və müzakirələri məhdudlaşdırmaq məsləhətdir. Bütün diqqəti işə yönəldin. Səhhətinizdə kiçik problemlər istisna deyil. Ciddi narahatlıq üçün səbəb yoxdur.

Buğa - məqsədə doğru aparan yolda sədlər və maneələr var. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Kimsəyə imkan verməyin ki, əhvalınızı pozsun. İşdə tapşırıqlar artır. Adi günlərlə müqayisədə işlər daha çox olacaq. Təşkilatçılıq məharətinizi işə salaraq problemləri sürətlə çözməyə çalışın.

Əkizlər - səhhətinizdə kiçik problemlər yarana bilər. Planlaşdırdığınız işlər, görüş və istirahətdən imtina etməyin. Qəfil hədiyyə və sürpriz istisna deyil. Axşam saatlarında normal dincəlin.

Xərçəng - yeni tərəfdaşlar və müttəfiqlər cəlb eləmək üçün əlverişli zamandır. İndiyədək sizə laqeyd yanaşan insanın rəğbətini qazana bilərsiniz. Dəvət aldığınız yerə qatılın. Diqqət mərkəzində olsanız, təlaşa düşməyin.

Şir - yeni şərik və ya həmkarlarla ünsiyyət sizə müsbət emosiyalar bəxş edəcək. Sərfəli məsləhətlər ala bilərsiniz. Geyim, orijinal bəzəklər və aksessuar almaq üçün yaxşı zamandır. Sizi qeyri-adi, parlaq nəsnələr cəlb edir. Nüfuzlu insanla tanışlıq istisna deyil.

Qız - birmənalı olmayan gündür. Hər şey ilk baxışdan göründüyü qədər pis deyil. Yaşananları yalnız bədbin çalarlarda görərək situasiyanı neqativ dəyərləndirməyin. Kiçik itkilər, uğursuz alış-veriş və sərmayə ola bilər. Amma ağır maliyyə problemləri yaşanmayacaq.

Tərəzi -  tərəfdaşlarla əməkdaşlıq sərfəli, həm də xoş olacaq. Alış-veriş, daşınmaz əmlakla əməliyyatlar üçün münasib zamandır. Sevdiyiniz insanın istəklərini nəzərə alın, onları qulaqardına vurmayın.

Əqrəb - əlverişli və rahat gündür. Böyük uğurlara nail ola bilərsiniz. Yaşanan olayların əsas məqamlarını nəzərdən qaçırmasanız, adi günlərlə müqayisədə daha çox səhvlərə yol verməyəcəksiniz. Yeni işgüzar tərəfdaşlar tapmaq olar.

Oxatan - işdə həmkarlar və rəhbərliklə bağlı sərt danışaraq ünsiyyətdə problemlər yaratmayın. Belə davranışın sonradan hansı fəsadlara səbəb ola biləcəyini düşünün. Şəxsi münasibətlərdə pozitiv təmayüllərin təsiri artır. Təşəbbüs göstərin, nəyisə dəyişməyə və ya yaxşılaşdırmağa çalışın. İntuisiyanızın səsini dinləyin.

Oğlaq - peşəkar fəaliyyət, biznes və kommersiya ilə bağlı mühüm qərarları qəbul etməyə dəyməz. İşgüzar intuisiyanız bu gün "korlaşıb". Çox asanlıqla səhvə yol verə bilərsiniz. Yaramaz insanların dəyərsiz məsləhətlərinə qulaq asmayın. Belələrinin dediklərini qulaqardına vurun.

Dolça - işgüzar baxımdan faydalı tanışlıqlar və görüşlər istisna deyil. Qida rasionuna fikir verin. Mədə-bağırsaq sistemi bu gün xüsusilə həssasdır. Axşam saatlarında idmanla məşğul olmaq fikrindən daşının.

Balıqlar - özünüzlə bağlı yaxşı fikrin formalaşmasına çalışın. Birlikdə çalışmağı düşündyünüz insanlarla görüşərək danışıqlar aparmaq olar. İşgüzar təşəbbüsü unutmayın. İdeyalarınızı müzakirəyə çıxarın. Adətən sizi dəstəkləməyən, ideyalarınızı bəyənməyən insanlar belə, bu gün dəstək verəcəklər. (milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar