Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu sözlər dilimizə daxil edilə bilər - Siyahı


Azərbaycan dilinin orfoqrafiya lüğətinə yeni sözlərin daxil ediləcəyi gözlənilir


Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov Trend-ə bildirib ki, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə nəşr edilib. Bu lüğətə 110 563 söz daxil edilib.

Hazırda yeni orfoqrafiya lüğətinin hazırlanması üçün işlərin aparıldığını deyən İ.Məmmədovun sözlərinə görə, yeni lüğətdə leksik vahidlərin sayının daha da artırılması nəzərdə tutulur.

Dilçi alim bildirib ki, onun özü tərəfindən indiyədək 1000-dən artıq yeni söz toplanıb: "Əsasən, başqa dillərdən alınan bu sözlərin İnstitutun Elmi Şurasında müzakirə edildikdən sonra yeni lüğətə daxil edilərək çap edilməsi nəzərdə tutulur".

İ.Məmmədov dilimizə daxil edilməsi gözlənilən yeni sözlərin bəzilərini də açıqlayıb. Həmin sözlər geriçağırılma, akkreditiv, gərdək qurma, audensiya, konfidant, kompromat, impiçment, viaqra, siyasi radar, siyasi landşaft, kortej, dinləmə, inauqurasiya, federis, kambio, kambist, kamerger, təxmis, müsəbbi, şürud, təəssüfnamə, təkbeyt, fəməl-yəməl, izoqlos, xoyratlar, kurfırst, sorfinq, sorfinqçi, notifikasiya, nostrifikasiya, kvazidelikt, kvazizufurukt, rezervit, rezervist, kannibal, kannibalizm, raskol, raskolçu, ratusia, reversiya, revukasiya, reqressat, psixotrop, psixoaktiv, penologiya, mini-poema, südücə, çağrı mərkəzi və s.-dir.

İ.Məmmədov bildirib ki, yeni lüğətə coğrafi adların, o cümlədən tarixi Azərbaycan ərazisindəki coğrafi adların da daxil edilməsi təklif edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar