Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəmil Həsənlinin facebook statusu qalmaqal yaratdı



Milli Şuranın sədrini “Talış xanlığı” ilə bağlı iddialarla separatçılıq meylləri yaratmaqda ittiham edirlər


Cəmil Həsənli: “Ata yurdu” xəritəsində bu xanlığın torpaqlarına yer yoxdur?”

Yaqub Mahmudov: “Bununla qarşıdurma yaratmağa çalışırlar”

Dilavər Əzimli: “Bunu ruslar gələndən sonra əlavə etdilər. Məqsəd isə etnik qarşıdurma yaratmaq idi”

Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənlinin sosial şəbəkələrdə paylaşdığı “Talış xanlığı” başlıqlı status ciddi müzakirə mövzusuna çevrilib. Belə ki, Cəmil Həsənlinin ünvanına ciddi ittihamlar səsləndirilir. Onu separatçılıq meylləri yaratmaqda ittiham edirlər.

Cəmil Həsənlinin həmin statusundan sonra ikitirəlik yaranıb. Bir tərəf onu ittiham edirsə, digər tərəf də müdafiə edir. İttiham edənlərin əsas arqumentlərindən biri odur ki, Milli Şuranın sədri məsələyə siyasətçi prizmasından yanaşıb. Müdafiə edənlər isə, tarixçi alimə haqq qazandıraraq, belə bir xanlığın mövcud olduğunu iddia edirlər.
 
Cəmil Həsənlinin əsas müzakirə mövzusuna çevrilən həmin fikirləri isə bunlardır: “Lənkəran məktəblərinin 5-ci sinfində oxuyan şagirdlər sevə-sevə Çələbi xanın, Cavad xanın, Pənahəli xanın igidliyindən xəbər tutduğu halda, “Ata yurdu” haqqında ilkin məlumatlar verən dərslikdə niyə Talış xanlığının heç olmasa, adını eşitməməlidir? Yoxsa, müəlliflərin cızdığı “Ata yurdu” xəritəsində bu xanlığın torpaqlarına yer yoxdur? Bəlkə, bu şagirdlərin öz babaları ilə fəxr etmək haqqı yoxdur? Hər necə olursa-olsun, bunu etmək olmaz. Bizim bir vətənimiz var: Azərbaycan! Onun bütün guşəsi bizim üçün əzizdir. Bu məsələlərdə diqqətli olmaq lazımdır. Dərslikləri isə xırda hisslərdən uzaq olan kamil müəlliflər yazmalıdır".

“Ata yurdu” dərsliyinin müəlliflərindən biri, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudlu orta məktəblərdə belə bir dərsliyin olmadığını bildirdi: “Ata yurdu” dərsliyi bir neçə il bundan öncə var idi. Müəllifi isə mən idim. Uzun-uzadı yazışmalardan sonra “Azərbaycan tarixi” dərsliyi oldu. Tariximizdə Lənkəran xanlığı var və səfəvi nəslindən olan xanlar tərəfindən idarə olunurdu. Bu, dövlətçiliyin davamı idi. Kimsə bu xanlığı bir etnosun adı ilə adlandırırsa, səhv edir. Çünki xanlıqlarımız əraziləri ifadə edir. Lənkəran xanlığı bir etnosun xanlığı olmayıb. Bu xanlığın adının Lənkəran olması daha doğrudur. Buna başqa ad verməyə çalışanlar yanılırlar. Bununla qarşıdurma yaratmağa çalışırlar”.

Tarixçi alim Dilavər Əzimli də “Talış xanlığı” yanaşmasını doğru hesab etmədiyini qeyd etdi: “Talış coğrafi ərazidir. Ona görə də bu xanlıq “Talış xanlığı” kimi də işlənir. Amma mənbələrdə Lənkəran xanlığı kimi qeyd olunur. İndi mötərizədə “Talış xanlığı” yazırlar. Bu, işğala məruz qalan xanlıqlardan biri olub. Lənkəran Talış xanlığı kimi qəbul edilir. Bu xanlıq Səfəvi nəslindədir. Talış sözü XIX əsrdən mötərizəyə düşdü. Bunu ruslar gələndən sonra əlavə etdilər. Məqsəd isə etnik qarşıdurma yaratmaq idi. Bu məsələnin əsas məğzi bundan ibarətdir”. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar