Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP-nin rəis müavinindən avtobus sürücülərinə çağırış


"Bakıda fəaliyyət göstərən sərnişin avtobuslarında müşahidə kameralarının olması qəzaların, qayda pozuntularının və oğurluq hadisələrinin üstünün açılmasına kömək edir"


PİA.AZ avtosfer.az-a istinadən xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Fərhad Eyyubov bildirib. Onun sözlərinə görə, dünyanın əksər dövlətlərində bu təcrübə var:
 
"Sahibkar kamera vasitəsilə sürücülərin yol hərəkəti qaydalarına necə əməl etməsinə, sərnişinlərlə münasibətinə, ümumiyyətlə, avtobusda baş verənlərə tam nəzarət edə bilir. Yol polisi isə həmin kameraların köməyi ilə hansısa qayda pozuntusunun, qəzanın baş verdiyi halda tam və daha dəqiq araşdırılma apara bilir. Ümumilikdə isə avtobuslarda baş verən oğurluq və digər neqativ hallara qarşı mübarizədə bu kameraların köməyi əvəzsizdir".
 
Fərhad Eyyubov avtobus sürücülərini nizam-intizamlı olmağa çağırıb: "Yol polisi avtobuslarla bağlı çox ciddi tədbirlər görür. Çox istəyirik ki, bütün sürücülər "Yol hərəkəti haqqında" qanunun tələblərinə əməl etsinlər, qaydalara uyğun hərəkət etsinlər. Əks halda, heç kimə güzəşt olunmayacaq və cərimə ediləcək".
 
Rəis müavini sonda bildirib ki, avtobus şirkətlərinin öz işini qaydaya salması, müasir texnika və texnologiyyalardan istifadə etməsi yol polisi tərəfindən alqışlanır və bütün bu işlər sərnişinlərə keyfiyyətlə xidmət göstərməyə hesablanmış addımlardır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar