Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat Həsən Şirinovu müdafiə etdi


Milli Məclisin üzvü Etibar Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Həsən Şirinovun müdafiəsinə qalxıb


Musavat.com xəbər verir ki, deputat bu barədə Facebook-da yazıb. Həmin statusu təqdim edirik:

“Mən heç vaxt məmurlardan hər hansı biri haqda tərif-filan söyləməmişəm. Amma, bu, o anlama gəlmir ki, tərifə layiq məmurlarımız yoxdur. Sadəcə olaraq, hər dəfə sözlərimin başqa səmtə yozulmasından ehtiyat etmişəm. Amma bu gün kimin necə başa düşməsi və yozmasını düşünmədən Həsən Şirinov haqda bəzi fikirlərimi paylaşmaq istərdim.

Mənim aləmimdə Həsən Şirinov Ulu öndər Heydər Əliyevi ən səmimi, hətta deyərdim ki, fanatikcəsinə sevən bir şəxsdir. Əlbəttə, Vətənimizi və xalqımızı xilas edən Ulu öndəri sevməsi onun vətənpərvərliyindən irəli gəlir. 

Bir mənzrənin dəfələrlə şahidi olmuşam. Özgə vaxt zəhmi insanı basan Həsən Şirinov bəziləri kimi TV kameraları önündə deyil, ən məhdud çərçivədə Heydər Əliyev haqqında danışanda qəhərlənir, gözləri dolur, o boyda adam kövrəlib yumağa dönür. Üstündən bir neçə il keçməsinə baxmayaraq, bu gün də belədir. 

Mən Heydər Əliyevi Həsən Şirinov qədər pak və səmimi duyğularla sevən ikinci birisini tanımıram. Həsən Şirinov bu ideyaları həyata keçirən cənab prezidentimizə də öz sədaqəti ilə seçilən bir fədakardır. O, Ali Baş Komandanın ən sədaqətli, son məqamda həyatını düşünmədən qurban verməyə hazır olan müsəlləh, qorxmaz əsgəridir. Bunları tam səmimi yazıram. Allah şahidimdir ki, mənim Həsən Şirinovdan heç bir asılacağım, qorxacağım yoxdur. Bizi bir-birimizə bağlayan yeganə amil də onun sadaladığım xüsusiyyətləridir.

Son zamanlar KİV-lərdə Həsən Şirinov barəsində yayılan qeyri-obyektiv, xoşagəlməz yazıları ürək ağrısı ilə oxumuşdum. Ona görə ki, o, buna qətiyyən layiq deyildi! Bizi bu narahatlıqlardan xilas etdiyinə görə cənab Prezidentimizə minnətdarıq. 

Sizə uğurlar, cənab general! Yolunuz həmişə açıq olsun!”.

Xatırladaq ki, Həsən Şirinov prezidentin kortejinin marşrutun səhv seçilməsi üzündən tıxacda ilişməsindən sonra bu vəzifəsindən kənarlaşdırılmışdı. İnsident prezident İlham Əliyevin Eduard Şevardnadzenin vəfatı ilə bağlı başsağlığı mesajı vermək üçün Gürcüstanın Bakıdakı səfirliyinə gedişi zamanı baş vermişdi. Həmişə olduğu kimi həmin hərəkət zamanı da prezidentin kortejinin önündə H.Şirinovun rəhbərliyi ilə DYP heyəti gedib. Lakin H.Şirinovun sürücüsü xətaya yol verib və yolu səhv salaraq prezidentin kortejinin qısa müddət ərzində tıxacda ilişməsinə səbəb olub. Bu insidentdən sonra sürücü DYP orqanlarından xaric olunmuş, H.Şirinov isə prezident kortejini müşaiyət etməkdən kənarlaşdırılmışdı.

Lakin bu günlərdə Həsən Şirinov prezident kortejinin rəhbərliyinə bərpa olunub.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar