Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat özünə 300 min dollara zirehli avtomobil alıb


Dünən Bakı şəhərinə qiyməti 300 min dollar olan zirehli “Lexus 570” avtomobili gətirilib


Evakuator vasitəsi ilə qeydiyyat üçün gətirilən zirehli avtomobil məlumata görə, millət vəkili Ağalar Vəliyevin sifarişi ilə alınıb. 

Qeyd edək ki, “Lexus 570” avtomobilinin bu modeli zirehli olmağından başqa, həm də dizaynına və texniki göstəricilərinə görə digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir. Eleqant görünüşlü zirehli Lexus-un flaqmanı və premium SUV-si avtomobilə daha çox status qazandırır. 

Məlumatı dəqiqləşdirmək üçün hörmətli millət vəkilinin iş yerinə zəng etsək də telefonumuzu cavablandıran olmadı.

Xatırladaq ki, millət vəkili Ağalar Vəliyev Əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax dəmir beton məmulatları zavodunda fəhləlikdən başlayıb. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor, 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Dəmir Beton zavodunun direktoru, 1991-ci ildən Körpü tikinti kombinatının baş direktoru, 1993-cü ildən isə 2 saylı “Yoltəmirtikinti” trestinin rəisi, 1996-1998-ci illərdə isə “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışıb. 1998-ci ildən “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə”Əməkdar mühəndisi” fəxri adına layiq görülmüş, 2012-ci ildə isə “Şöhrət” ordeni ilə təltil edilib.(qlobal.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar