Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlar Novruz bayramını harada keçirirlər?


Bu gün Azərbaycanda İlaxır çərşənbə və Novruz bayramı qeyd olunur


Maraqlıdır, Milli Məclisin deputatları Novruz bayramını necə və harada qeyd edəcəklər?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli modern.az-a deyib ki, Novruz bayramını paytaxtda keçirəcək:

"Novruz bayramını ailəmlə, doğmalarımla birgə Bakıda qeyd etməyi planlaşdırıram. Lakin tətil günlərində Ağsu, Şamaxı, İsmayıllıya yollanıb, orada yaşayan doğmalarımı ziyarət etmək istəyirəm”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilov da Novruz bayramını ailəsi ilə birlikdə keçirəcək:

"Novruz bayramını ailəmlə, doğmlarımla birlikdə qarşılayacam. Sizin vasitənizlə də hər bir Azərbaycan vətəndaşını İlaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edirəm. Həmçinin bayram günlərində seçicilərimlə görüşlər təşkil edib, onların qayğılarını dinləyəcəm”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı da bayramı ailə üzvləri ilə birgə qeyd edəcək deputatlardandır:

"Bayramla bağlı heç bir xüsusi planım yoxdur. Çünki uşaqlarımla, ailə üzvlərimlə, nəvələrimlə birgə olacam. Ola bilsin ki, Oğuz rayonunda valideynlərimi ziyarət edim. Yəni ancaq bu ola bilər. Başqa heç bir yerə getməyəcəyəm, Azərbaycanda olacağam”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bayramda Azərbaycanda olacağını söyləyib:

"Novruz bayramını Bakıda keçirəcəm. Amma ola bilsin ki, kimsə harasa dəvət etsin, bunu da öncədən bilmək olmaz. Amma hər il mən Novruz bayramını öz uşaqlarımla ailəmlə, nəvələrimlə birgə qeyd edirəm”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa da Novruz bayramını ailəsi ilə birlikdə qeyd edəcək:

"Mən hər il bayramları evimdə ailəmlə birlikdə qeyd edirəm. Ölkə ərazisindən kənara çıxmırıq”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev Novruz bayramının ilk günlərini ailəsi ilə birlikdə keçirəcək:

"Daha sonra Zaqatalada deputat seçildiyim bölgədə seçicilərimizn əhatəsində Novruz şənliyinə qatılacam. Çoxdandır ki, görmədiyim qohumlarımı da evlərində ziyarət etmək istəyirəm. Həmçinin, bayram tətilinin bir gününü dostlarımla birlikdə keçirəcəm. Novruz bayramı ilə bağlı xüsusi bir proqramım yoxdur. Zaqatalada getdiyim kəndin adını da xüsusi olaraq sizə demək istəyirəm. Bu Əliabad kəndidir. Azərbaycan miqyasında ən gözəl Novruz şənliklərindən biri məhz həmin kənddə keçirilir. Hesab edirəm ki, əziz seçicilərimlə birlikdə bu bayramı keçirmək mənə qismət olar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Ən çox oxunanalar