Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dronlar turbinləri buzdan təmizləyəcək


Latviyanın “Aerons” şirkəti 180 kiloqramadək ağırlığı qaldıran 28 mühərrik və 16 batareyaya malik pilotsuz uçan aparat hazırlayıb


Konstruksiyanın quruluşu drona çoxlu vəzifələri yerinə yetirməyə imkan verir. Mühəndislərin planına görə, aparat hündürmərtəbəli binalarda yanğınlar söndürə, axtarış əməliyyatları həyata keçirə və ya külək turbinləri kimi mürəkkəb quruluşa malik qurğularda təmizləmə işləri apara bilər.

Teleqraf.com “ICTnyus”-a istinadən xəbər verir ki, şirkət 2,5 il əvvəl şəxsi vəsaitlər hesabına üç təsisçi tərəfindən yaradılıb.

Yeni ixtira haqqında söz açan həmtəsisçi Yanis Putrams son iki ayda külək turbinləri sahibləri ilə aktiv danışıqların aparıldığını bildirib. “Biz ABŞ, İspaniya, Türkiyə və Cənubi Amerikadan çoxlu məktublar alırıq. Onların hamısı öz köməyini təklif edir. Bundan başqa, biz Kanada, Skandinaviya və bir sıra Avropa ölkələri ilə əlaqə yaratdıq. Çünki qış iqlimində külək turbinləri buz bağlayır və bu səbəbdən onların fəaliyyəti dayandırılır. Bu, onlar üçün çox aktualdır”, - şirkət rəhbəri qeyd edib.

Hazırda mühəndislər tərəfindən aparatın sınaqları keçirilir. Dronu satışa çıxarmağı düşünməyən şirkət nümayəndələri təmizlik xidmətləri təklif edən servis yaratmağı planlaşdırırlar.

Gələcəkdə robotun konstruksiyasının və proqram təminatının yaxşılaşdırılması nəzərdə tutulur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar