Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya Bankı Azərbaycan əhalisinin maliyyə savadını araşdırıb


Əhalinin maliyyə savadlılığının artırılması proqramı həyata keçiriləcək


Dünya Bankı Azərbaycanda maliyyə inteqrasiyası layihəsi əsasında əhalinin 51%-nin borc almaq istəmədiyini, borcalanların isə borcu qeyri-formal üsullarla əldə etmək istədiyini qeyd edib. "Report"un İsveçrədəki müxbirinin Dünya Bankının Azərbaycanda əhalinin maliyyə savadlılığı hesabatına istinadən verdiyi xəbərə görə, araşdırma İsveçrə hökuməti tərəfindən maliyyələşdirilən maliyyə savadlılığı və istehlakçı hüquqlarının qorunması layihəsi çərçivəsində aparılıb.

Hesabata əsasən, Azərbaycanda əhalinin 36,4%-i bank maliyyələşməsindən istifadə edir. Müqayisə üçün Gürcüstanda bu göstəricinin 39,7% təşkil etdiyi bildirilir. Azərbaycanda yetkinlik yaşına çatmış əhalinin hər 100 min nəfərinə 10,7 bank filialı düşürsə, Gürcüstanda bu rəqəm 27-yə bərabərdir. Buna baxmayaraq, Azərbaycanda şirkətlərin 27%-i investisiyaların maliyyələşdirilməsi üçün bank xidmətlərindən istifadə edirsə, Gürcüstanda bu göstərici 22%-dir. Azərbaycanın maliyyə sektorunda daxili kreditləşmənin həcmi 33% olduğu halda, Gürcüstanda 45%-ə bərabərdir.

Azərbaycanda bank xidmətlərindən xəbərdar olan əhali 98%-dir, bunların isə 84%-i indiyədək bank məhsullarından, bunun 15%-i isə bank kreditlərindən istifadə edib. Şəhər əhalisinin bank kreditlərindən istifadə sayı kənd yerlərindən 4% çoxdur. Buna baxmayaraq, əhalinin 65%-nin elektron pulların mövcudluğundan xəbəri var. Hər beş nəfərdən biri elektron pullardan istifadə etsə də, cari istifadə əmsalı 0,3% təşkil edir. Yetkinlik yaşına çatmış əhalinin 45%-i formal və ya qeyri-formal yollarla yığımlara sahibdirlər. Şəhər əhalisi kənd əhalisindən 25%, qadınlar kişilərdən 18% daha çox yığıma sahibdir.

Hesabatda, həmçinin Azərbaycan Mərkəzi Bankının əhali arasında maliyyə savadlılığının artırılması strategiyasının hazırlandığını və ilin sonuna qədər bu proqramın həyata keçiriləcəyini bildirilib.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ən çox oxunanalar