Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən mühüm dilləri açıqlandı



Müasir mədəniyyətlərarası əlaqələr yeddi dil- ingilis, ispan, alman, fransız, rus, portuqal və çin dilləri vasitəsilə həyata keçirlir. Bu nəticəyə Massaçuset Texnologiya İnstitutunun alimləri gəliblər


Elmi işin gedişində Tvitterdə 550mln. məlumat, Vikipediyada 323 mln. düzəliş və UNESCO-nun ümüumdünya tərcümə ədəbiyyatı bazasından 2,2 milyon kitab analiz edilib. Alimlər bu məlumatları bir-biri ilə əlaqələndirərək Global Language Network qlobal dil xəritəsini təqdim ediblər. Məlum olub ki, əgər yuxarıda adıçəkilən yeddi dil yığışdırılarsa, dünyəvi əlaqələr kəsilər.

Qlobal dil xəritəsinin mərkəzi şəbəkəsi ingilis dili- ikinci sıra dil şəbəkəsi dilləri: ispan, alman, fransız, rus, poruqal və çin dilləri ilə əhatə olunub.

Ərəb və hindi dillərində, məsələn, alman və ya rus dilinə nisbətən xeyli çox adamın danışmasına baxmayaraq, onlar öz mədəni əhəmiyyətinə görə sonunculardan geridə qalır. Iş ondadır ki, ərəb və hindi dilindən çox az kitab və məqalələr tərcümə edilir, lakin ingilis, alman, ispan və rus dilləri tarixi səbəblərə görə planetin yüzlərlə kiçik dili üçün vasitəçi dil olaraq qalmaqdadır. Məsələn, sibirli evenkin fikirləri keçua hindi qəbiləsinə üç qlobal dil- rus, ingilis və ispan dili vasitəsi ilə çatır.

Rus dilinə gəldikdə isə burada tədqiqat müəllifləri hesab edirlər ki, SSRİ-nin böyük "xidmətləri” olub. Sovet dövründə müttəfiq respublikaların və kommunist blokuna daxil olan ölkələrin çoxlu sayda ədəbiyyatı tərcümə edilib və vyetnamlılar, taciklər və ya özbəklərin dünyanın digər xalqları ilə mədəni əlaqəsi rus dili vasitəsilə həyata keçirilib.

Internetin inkişafı isə bu tendensiyanı pozub: indi bu ölkələrin sakinləri vasitəçi dil kimi daha çox ingilis dilindən istifadə edirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar