Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elektorat avtoritarizmi seçirsə...

Bir zamanlar qonşu ölkələrdə keçirilən seçkiləri, gedən siyasi prosesləri diqqətlə izləyər, demokratik qüvvə saydığımız partiyaya, siyasi bloka azarkeşlik edərdik


Hesab edərdik ki, qonşu dövlətlərdə hakimiyyətə gerçək demokratların gəlməsi, demokratik düzənin bərqərar olunması istər-istəməz öz ölkəmizin daxili siyasi atmosferinə də təsir edəcək. 

Edəcəkdi, ya etməyəcəkdi, indi bunu bilmək, birmənalı demək çətindir. Ən əsası da ona görə ki, qonşu dövlətlərin heç birində demokratik düzən bərqərar olunmadı. 
Rusiyada Putin bütün demokratik qüvvələri zəiflədib sıradan çıxardı, öz səltənətini qurdu.
İranda bugünlərdə məğlubiyyətinin 10 ili tamam olan “Musəvi inqilabı” baş tutmadı, mühafizəkarlar qalib gəldi.

Türkiyədə Ərdoğanın getdikcə şəxsi hakimiyyətini möhkəmlədib avtoritar rejim sahibinə çevrilməsi prosesi getdi. 

Gürcüstanda revanşist qüvvələrlə dalaşa-dalaşa ölkəni abadan etmək istəyən Saakaşvilinin hakimiyyət müddəti bitincə ölkə yavaş-yavaş köhnə relsinə döndü. 

Ermənistan demokratik düzəndən çox-çox uzaqdaydı, indi də uzaqdır.

Beləcə, adına demokratiya deyilən idarəetmə və yaşam tərzi sərhədləri keçərək regionumuza gəlmədi, gətirilmədi. Bu illərdə bölgəyə və ölkəyə hər cür epidemiya, hər cür pis, yoluxucu şeylər gəldi, bir demokratiya və haqq-ədalət gəlmədi. 

Getdikcə tam şəkildə sübut olunur ki, bu (demokratiyanın bərqərarı), gerçəkdən də xalqdan, cəmiyyətdən, millətin intellektual səviyyəsindən, vicdanlılıq əmsalından, elektoratın demokratiyaya hazırlığından asılı məsələdir. 

Heç ola bilməz ki, haqq-ədaləti, demokratik idarəçiliyi sevən, azad seçkinin faydalarının nə olduğunu bilən, belə bir seçki keçirməyi gerçəkdən arzulayan şüurlu cəmiyyəti avtoritar rejimlə idarə etmək mümkün olsun. 

Bunu o ölkələrdə bərqərar etmək və getdikcə gücləndirmək olur ki, xalqın özü güclü əl tərəfindən idarə olunmaq istəyir. 

Budur, Türkiyədə neçə onilliklərdir ki, dürüst, qanuni seçkilər keçirilir, hökumətlər qurulur, amma hələ də demokratiya sözün tam anlamında bərqərar olunmayıb. Bir güclü liderin ortaya çıxması və hakimiyyətin verdiyi bütün rıçaqlardan istifadə edərək avtoritar rejim qurmaq istəməsi kifayət etdi ki, Türkiyə ictimaiyyəti ona belə bir haqq tanısın. 
Bu gün artıq ölkənin yarısı Rəcəb Tayyib Ərdoğana biət edir, onu az qala Osmanlı sultanlarının siyasi varisi sayır. 

Ərdoğanı bu qədər güclü edən onun xalqdan aldığı səsdir, etimad votumudur. Türkiyə xalqı son illər keçirilən bütün seçkilərdə demokratiyanı yox, avtoritarizmi seçib. Ona zor göstərən, onun səsini saxtalaşdıran yoxdur. Hakim AKP müxtəlif manipulyasiyalarla, tovlamalarla, seçki texnologiyaları ilə xalqdan lazımi qədər səs alır. 

İndi iş elə bir əndazəyə gəlib çıxıb ki, insanlar özlərini prezidentin audensiyasında sultanın hüzurundaymış kimi aparırlar. Təkcə qurultayda Ərdoğanın adı çəkiləndə qopan gurultu-bağırtı və müraciətinin oxunması zamanı zalda olanların hamısının bir nəfər kimi ayağa qalxması hadisəsi göstərir ki, ölkə avtoritarizmin girdabına düşməkdədir. 

Əvvəllər öz komandasının üzvləri arasında onun bəzi qərarlarını müzakirə edən, nəyin düzgün, nəyin yanlış olması barədə Ərdoğana bir söz deyənlər vardısa, indi ətrafında yalnız ləbbeyk deyənlər qalıb. İndi onun hər sözü qanundur, direktivdir, mütləq həyata keçirilməli olan şah fərmanı kimi bir şeydir. 

Bir zamanlar biz məhz bu ölkəni özümüzə örnək götürürdük, arzulayırdıq ki, gün gəlsin, bizdə də, Türkiyədə olduğu kimi dürüst seçkilər keçirilsin, ölkəni idarə edən hakimiyyət komandaları parlamentdə formalaşsın. 

Bu nailiyyətə yetmək hələlik bizə nəsib olmayıb. Əvəzində indi Türkiyə siyasiləri bizdə olduğu prezident üsul-idarəsinə keçmək istəyirlər. Artıq onların ən böyük siyasi kayihələri və iki sözlərinin biri budur. 

Biz müstəqil dövlət olaraq yaşadığımız bu 25 ildə qardaş Türkiyəyə çata bilmədik, əvəzində Türkiyə ayaq saxlayıb bizi gözlədi və bizə qoşuldu. Ta heç nə.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar