Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov AŞPA-da çıxış etdi


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib


Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində AŞPA-də nitq söyləyən E. Məmmədyarov sədrlik etdiyi qurumun fəaliyyəti haqda assambleya üzvlərinə məlumat verib.

Nazir ilk olaraq Ukraynadakı böhran haqqında danışıb və AŞ NK-nin bu məsələ ilə bağlı xüsusi bəyanat verdiyini assambleya üzvlərinin diqqətinə çatdırıb. E. Məmmədyarov Azərbaycanın sədrliyi dövründə AŞ-nin Bakıda keçirilmiş tədbirləri, eləcə də gələn ay Bakıda keçiriləcək korrupsiyaya qarşı tədbirin hazırlıqları haqda məlumat verib. Azərbaycanda uğurla tətbiq olunan “ASAN xidmət”in fəaliyyətinə toxunan E. Məmmədyarov bu təcrübənin digər Avropa ölkələri üçün də faydalı ola biləcəyini bildirib. 

Bu gün Azərbaycanda keçirilən Bakı Beynəlxalq Humanitar Forumu haqda da məlumat verən nazir bu tədbirin Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində təşkil edilmədiyini, lakin bu məsələnin də Azərbaycan üçün prioritet təşkil etdiyini söyləyib. O, Azərbaycanın sədrliyinin gələn ayın 15-də bitəcəyini xatırladaraq Azərbaycandan sonra quruma sədrlik edəcək Belçika və Bosniyanın fəaliyyətini dəstəkləyəcəklərini vurğulayıb.(apa)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar