Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elşad Abdullayevdən Gülər Əhmədovanın ittihamlarına cavab


“Gülər Əhmədova öncə videolara cavab versin”


Sabiq deputat Gülər Əhmədova Apelyasiya Məhkəməsi başlanan gündən etibarən xeyli maraqlı açıqlamalar və tələblər səsləndirib. Bu tələblər daha çox ABU-nun sabiq rektoru Elşad Abdullayev, daha dəqiqi, onun Azərbaycana gəlib ifadə verməsi, bu günə qədər yaydıqlarının hesabatını səsləndirməsi idi.

“Yeni Müsavat” son günlər sözügedən mövzunun aktuallığını nəzərə alıb, E.Abdullayevə internet vasitəsilə müəyyən suallar yolladı. Suallar əsasən G.Əhmədovanın onun barəsində “Elşad Abdullayevdə depressiv manyakal sindromun əlamətləri var” deməsi, onun ekspertizadan keçirilməsini tələb etməsi, habelə sabiq deputatın onun məhkəməyə gətirilməsi ilə bağlı dedikləri ətrafında idi. Bundan başqa, sabiq rektordan zərərçəkmiş kimi tanınmadan, ifadə vermədən məhkəmənin perspektivini necə görməsini də soruşduq. Maraqlandığımız məsələlər sırasında G.Əhmədovanın “Elşad Abdullayev İnterpolun siyahısında yoxdur, onu axtarmırlar” açıqlaması, habelə onun Azərbaycanda müdafiə olunması ilə bağlı dedikləri də var idi. Xatırladaq ki, sabiq deputat sonuncu ittihamını həm də qardaşı  Elsevər Abdullayevin hələ Baş Prokurorluqda işləməsi ilə arqumentləşdirmişdi.

E.Abdullayev “Yeni Müsavat”a yolladığı “cavab” məktubunda öncə bildirib ki, G.Əhmədova bəzi ittihamları səsləndirmədən öncə ekspertlər tərəfindən təsdiq olunmuş, özünün bilavasitə iştirakçısı olduğu gizli vidieoya cavab versin: “Buna görə də sizə və Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımova youtube.com-da ictimailəşmiş 2 videogörüntünü göndərirəm. Ağır dövləti cinayət etmiş Gülər Əhmədova qeyri-ciddi fikirlər səsləndirməklə cinayətin əsas iştirakçılarını gizlədir. Gülər Əhmədova mandat alveri və adam oğurluğu kimi ağır dövləti cinayətin yalnız vasitəçisidir. O, belə məsuliyyətsiz ifadələrlə ağır dövləti cinayəti gizlədib adiləşdirmək istəyir”.

“Bir azdan onu da aradan götürəcəklər, çünki...”

Sabiq rektor bildirib ki, feodal Afrikasında da G.Əhmədovanın məhkəməsi kimi proses yoxdur. Onun sözlərinə görə, cinayətin əsas şahidi olan Sevinc Babayeva sifarişlə qətlə yetirilib. G.Əhmədovanı cinayətin vasitəçisi adlandıran E.Abdullayev onun bu günə qədər düzgün ifadə vermədiyini vurğuladı: “Zərərçəkmiş kimi nə mənim vəkilimi, nə də özümü məhkəməyə buraxmırlar. Bu günə qədər biz Gülər Əhmədovanın cinayət işi ilə tanış ola bilmirik. Məhkəmə işi bizə verməkdən imtina edir ki, zərərçəkən deyilsiniz. Bir tərəfdən də məni yalandan Bakıya gəlməklə təhdid edirlər ki, ”siz rüşvət verənsiniz". Dünyanın heç bir məhkəmə təcrübəsində adam oğurluğunda zərərçəkmiş şəxs rüşvət verən hesab edilmir. Qardaşımı oğurlayanlar məndən zorla pul tələb ediblər. Mən Bakıda ağzımı açıb danışan kimi üç dəfə silahlı qara maskalılar mənə silahlı basqın etdilər, xoş təsadüflərdən sağ qala bildim".

E.Abdullayevin dediyinə görə, artıq bu iş ABŞ Dövlət Departamentinin, Avropa Şurasının, ATƏT-in hesabatlarında yer alıb, o cümlədən beynəlxalq hüquqi və siyasi statusunu tapıb: “Azərbaycanın feodal məhkəmələri isə bunu hələ də dərk etmək iqtidarında deyillər.  Gülər Əhmədovanın müsahibəsini oxuduqdan sonra aprelin 10-da yenidən işə baxan hakimə müraciət etməyə məcbur oldum. Gülər Əhmədovanın cinayət işinin qeyri-obyektiv aparılmasının başlıca səbəbi faktiki olaraq əsas cinayətkarların azadlıqda olmasıdır. Yaxud da bu günə qədər faktiki mənim zərərçəkmiş şəxs kimi prosessual statusum yoxdur. İstintaq çıxılmaz vəziyyətə qoyulub və cinayətin əsas şahidi olan Sevinc Babayeva sovet KQB-si sayağı, sifarişlə  izsiz-tozsuz aradan götürüldi. Bizə məlumdur ki, bir azdan, Gülər Əhmədova da Sevinc Babayeva sayağı aradan götürüləcəkdir. Bu barədə mən şəxsən Sevinc Babayevaya və Gülər Əhmədovaya bildirmişdim. Belə yerdə yaxşı deyirlər ki, əsas şahidlər  yoxdur, zərərçəkmiş yoxdur  və avtomatik olaraq cinayət də ortadan yox olur”.

“Gülər Əhmədovanın işinə baxan hakim mənim tələbəmdir...”

Sabiq rektorun sözlərinə görə, hamının qanun və məhkəmə qarşısında bərabərliyi o deməkdir ki,  qanunların icrası hamı üçün eyni dərəcədə məcburidir: “Hər bir şəxs öz pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Törədilmiş qanun pozuntularına görə tutduğu vəzifəsindən və ya qulluq mövqeyindən asılı olmayaraq qanun qarşısında məsuliyyət daşıyır. Ümumbəşəri dəyər olan bərabərlik hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə də qorunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-cü maddəsinə görə, adam oğurluğu, 210-cu maddəsinə görə insanları zorakılıqla yox etmə və s. cinayətlər şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin qanun qarşısında bərabərlik hüququnu pozma cinayət məsuliyyətinə səbəb olur”.

Bu səbəbdən də E.Abdullayev qardaşının oğurlanması, habelə mandat alverində iştirak edən şəxslərin tutduqları ali vəzifədən, siyasi gücündən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb edilməsini tələb etdi:

“Məhkəmənin perspektivinə inanmıram. Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov BDU-də hüquq fakültəsində mənim  hörmətli tələbəm olubdur, ancaq o da bu işi obyektiv, hərtərəfli və qərəzsiz apara bilməz. Çünki o, xalq arasında Ramiz Mehdiyevin yaxın adamı kimi tanınır. Hesab edirəm ki, bu ağır dövləti cinayəti Avropa Məhkəməsində, Beynəlxalq Haaqa Məhkəməsində və ”Maqnitski Aktı"nda öz ədalətli həllini tapacaqdır".(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar