Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kran bizdədir, kranı bağladığımız anda o iş də bitdi” - Ərdoğan Bərzaniyə meydan oxudu

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Şimali İraqda müstəqillik uğrunda keçirilən referenduma sərt reaksiya verib


Türkiyə prezidenti Silopidə ordunun hərbi təlimini izlədikdən sonra Bərzani hökumətinə, o cümlədən Suriyadakı PYD-YPG terror qruplarına çox sərt xəbərdarlıq edib:

"Şimali İraqdakı referendum ölkənin yaşadığı duruma nəzər salsaq görərik ki, fürsətçilik məqsədi daşıyan bir addımdır. Bölgə bir tayfanın yaşayış sahəsi deyil. Orada türkmən və ərəb qardaşlarımızın haqları var.

Referendumun nəticəsindən aslı olmayaraq, biz onu yox hökmündə qəbul edirik. Qeyri-qanunidir. İraqın mərkəzi hökuməti də, məhkəməsi də bunu açıqladı.

Biz bütün addımları atırıq, atacağıq da. Boş yerə silahlı qüvvələrimiz sərhəddə deyil. Anidən ora girə bilərik. Kimsəyə güzəşt yoxdur.

Bununla yanaşı, Haburdakı giriş-çıxışlarda da lazımi addımlar atılacaq. Buradan ora daha əvvəlki kimi qapılar açıq olmayacaq. Bütün bunlarla bağlı İraq mərkəzi hökumətinin mövqeyinə uyğun addım atılacaq. Bəs, Ərbil nefti hara axıdacaq? Borunun açarı bizdədir. Onu da bağlasaq, iş bitdi. Güzəşt yoxdur.

Hələ Suriyada YPG/PYD terror qrupları var, onlarda orada guya kurd dəhlizi yaratmaq istəyirlər. Daha bir terror dövlətinin qurulmasına izn verməyəcəyik. Bu, onlar üçün quru bir yuxudur. Dedim axı, bir gecə anidən gələ bilərik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar