Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan İlham Əliyevdən bu dəfə nə istəyəcək?


Təhlilçilər Türkiyə prezidentinin Bakı səfərindən ilginc nəticələr gözləyir...


"Mən hesab etmirəm ki, Ərdoğanın apreldə Bakıya gəlişinin əsas məqsədi Gülən məktəbləri ilə bağlı idi. "

"Biz, necə deyərlər, suyun səthində olan məsələlərdən xəbər tuta bildik. Dibindəkilərdən isə bixəbər qaldıq. Hesab edirəm ki, budəfəki səfər zamanı Azərbaycan prezidenti ilə Ərdoğanın müzakirə edəcəyi xeyli mühüm məsələ var". Politoloq Vəfa Quluzadə bu fikirləri Rəcəb Tayyib Ərdoğanın Türkiyə prezidenti seçildikdən sonra ilk olaraq Bakıya edəcəyi səfəri barədə gözləntilərini bölüşərkən dedi. 

Yada salaq ki, Ərdoğan sonuncu dəfə bu ilin aprelində, rəhbərlik etdiyi partiya Türkiyədəki bələdiyyə seçkilərini qazandıqdan sonra Bakıya səfər etmişdi. Məhz bu səfərdən sonra Azərbaycanda nurçulara qarşı sərt addımlar atıldı, bəzi məmurlar görəvindən alındı, Gülən məktəbləri qapadıldı. Budəfəki səfərdə cənab Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevdən konkret olaraq nələri istəyəcəyinə gəlincə, V.Quluzadə bu dəfə fərqli situasiyanın şahidi olacağımızı söylədi: “İlk olaraq Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə mövzusu olacaq. Azərbaycana zərbə endirmək üçün Naxçıvana düşmən tərəfindən hər an təhlükə ola bilər. Qəfil hücum edib əhalisini qaçqın vəziyyətinə sala, torpağını ilhaq edə bilərlər. Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə quru əlaqəsi olmadığı üçün təhlükə çox böyükdür. Güman edirəm ki, bu məsələ müzakirə oluna bilər. Hazırda Naxçıvanda görüşən 3 ölkənin müdafiə nazirləri gərək Naxçıvanın möhkəmlənməsini elə müzakirə etsinlər ki, düşmənin ağlına da gəlməsin". 

Politoloq şübhə etmir ki, Ərdoğanın səfərində TANAP, TAP kimi Azərbaycandan çəkiləcək yeni kommunikasiya xətləri də müzakirə predmetinə çevrilə bilər: “Üstəlik, Azərbaycanla Türkiyə Avropanı qazla təmin etmək məsələsini müzakirə etməlidirlər. Çünki Rusiyadan təhlükə gəlir. İlham Əliyev sözsüz ki, Soçi görüşünün təfərrüatını həmkarı ilə müzakirə edəcək. Bu mənada görüşdə daha ciddi məsələlərin gündəmdə olacağını gözləyirəm”. 
Bəs, Türkiyə prezidenti Ermənistanı Rusiyanın caynağından qurtarmaq üçün bu ölkə ilə sərhədlərin açılmasının zəruriliyinə azərbaycanlı həmkarını inandırmağa çalışa bilərmi? V.Quluzadə bunu istisna edir: “Çünki Ermənistan Gömrük İttifaqına daxil olub və Rusiyanın bir hissəsidir, təcavüzkar dövlətdir. Bu mənada Ermənistanla sərhədlərin açılması mümkün olan məsələ deyil. Hələ Rusiya Ukraynaya təcavüz etmədiyi, Qərblə Rusiyanın əlaqələri normal vəziyyətdə olduğu zaman sərhədləri açmaq mümkün olmadı. Çünki Rusiya Ermənistana icazə vermədi. İndi də Rusiya Ermənistana bu icazəni verməyəcək. Ermənistanın Rusiyadan asılılığı azalmayıb, əksinə, çoxalıb”. 

V.Quluzadə ona da şübhə etmir ki, Bakı ilə Ankara arasında müzakirə olunası ən önəmli mövzu hərbi əməkdaşlıq məsələsidir: “Çünki Türkiyənin də burda maraqları təhlükə altındadır. Üstəlik, Türkiyə Naxçıvanın qarantıdır. Bu dəqiqə Putin heç kimlə hesablaşmır, istədiyini edir. Bu mənada Türkiyə ilə də hesablaşmaya bilər. Putin düşünə bilər ki, Türkiyə Rusiyadan asılıdır, ”Mavi axın" məsələsi var, iki ölkə arasında turizmlə bağlı sıx əməkdaşlıq mövcuddur, Türkiyənin bütün yüngül sənayesinin malları hamısı Rusiya bazarındadır, Türkiyə iş adamları Rusiyada para qazanır. Putin düşünə bilər ki, Türkiyə bu qədər puldan imtina edib bizimlə dava etməyəcək. 

Ona görə də Naxçıvanı da götürürük, bu hadisə Türkiyə üçün yalnız daxili problem ola bilər. Türkiyə üçün daxili problem olsa, Ankara Naxçıvanın işğalına yol vermiş olsa, türk xalqı üsyan edib Ərdoğanı devirər. Ona görə Türkiyə Naxçıvanda möhkəm dayanmalıdır. Bu mənada bizim əməkdaşlığımız üçün ciddi məsələlər və təhlükələr var. Bu dəqiqə Azərbaycan və Türkmənistan qazını Avropaya buraxmamaq, Azərbaycanı çökdürmək üçün Rusiya hər şeyə hazırdır. Ona görə biz də Türkiyə ilə birgə hər şeyə hazır olmalıyıq".
Politoloq Ərəstun Oruclunun fikrincə, indiki şəraitdə Ərdoğan öz ənənəvi istəklərindən bir qədər uzaqlaşacaq: “Düzdür, onun xarici səfərlərində daim iqtisadi maraqların təmin olunması məsələsi öndə olub. Ancaq bu gün Azərbaycan, Türkiyə, Gürcüstan hər tərəfdən geosiyasi məngənədə sıxılmaqdadır.

 Son il yarımda üç ölkə arasında ən yüksək səviyyələrdə görüşlərin bu dərəcədə intensiv keçirilməsi Cənubi Qafqazda, Xəzər-Qara dəniz bölgəsinin özündə ağır bir yük daşıyan geosiyasi dalğanın baş qaldırmasından xəbər verir. Bu mənada Ərdoğanın səfərində prioritet məsələlər məhz regional təhlükəsizlik, üçtərəfli regional əməkdaşlıq və s. ola bilər. İqtisadi baxımdan bu ölkələr artıq sıx bağlıdır. Məncə, bundan sonra hərbi əməkdaşlıqda nəhayət, prioritetə çevriləcək”. Ə.Oruclu hesab edir ki, tərəflər kənar təsirlərdən çəkinməyərək öz aralarında münasibətləri daha səmimi müstəvidə qurmağa çalışacaqlar: “Çünki bunu region dövlətlərinin təhlükəsizliyi tələb edir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar