Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın Bakıya səfərinin səbəbi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn həftə Azərbaycana səfəri reallaşacaq. Səfərin fevralın 18-də baş tutması gözlənilir


Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqunun ANS-ə verdiyi müsahibəsində bildirib ki, Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak üçün gəlir.

"Gələn həftə hörmətli prezidentimizi Azərbaycanda qonaq edəcəyik. Bu, Türkiyə və Azərbaycan prezidentlərinin hər il bir dəfə qarşılıqlı həyata keçirdikləri siyasi iş birliyi çərçivəsində reallaşacaq. Bu dəfə Azərbaycan ev sahibliyi edəcək. Cənab prezidentin dəvəti ilə gələcək. Azərbaycan tərəfi ev sahibi olduğu üçün onlar rəsmi açıqlama verəcəklər. Mən sadəcə onu deyim ki, görüş gələn həftə Bakıdan xaricdə baş tutacaq", - İsmayil Alper Coşqun bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti ötən ilin iyun ayının 12-də Bakıda səfər edib. Ərdoğan I Avropa Oyunlarının açılış mərasimində iştirak edib. Prezidenti həyat yoldaşı Əminə Ərdoğan, turizm və mədəniyyət naziri Ömer Çelik, müdafiə naziri İsmet Yılmaz, enerji və təbii qaynaqlar naziri Taner Yıldız, gənclik və idman naziri Akif Çağatay Kılıç, keçmiş nəqliyyata, dənizçilik və rabitə naziri Binali Yıldırım, Prezidentin sözçüsü İbrahim Kalın, Anadolu xəbər agentliyinin rəhbəri Şenol Kazancı müşayiət edib.

Ərdoğan Bakıda Rusiya prezidenti Vladimir Putin ilə də görüşüb. Görüşdə diqqət çəkən məqam ondan ibarət idi ki, danışıqlar bağlı qapı arxasında keçirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar