Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın siyahısı ilə Azərbaycanda həbslər başladı


Türkiyə mediası məhz baş nazir Ərdoğanın Bakıda prezident İlham Əliyevlə görüşündən sonra Azərbaycanda “nurçu”ların həbsinə start verildiyinə dair məlumat yayıb.


Məlumata görə, “haber.rotahaber” saytı “Ərdoğanın siyahısı ilə Azərbaycanda həbslər başladı” başlığı ilə yazı təqdim edib.  Yazıda bildirilir ki, baş nazirin Əliyevə təqdim etdiyi siyahıdan sonra bu ölkədə polislər nurçulara qarşı əməliyyatlara başlayıblar. Məlumatda xatırladılır ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də Eldəniz Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib və həmin şəxslər saxlanılıb. 

Bundan başqa, Göyçayda nurçulara qarşı həyata keçirilən əməliyyat barədə yazılıb və Azərbaycanda “Fırıncı abi” ləqəbi ilə tanınan Gülec Mehmet Nuri və saxlanılan digər Türkiyə vətəndaşları - Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçinin adı çəkilib. Daha sonra yerli media qeyd edir ki, saxlanılan Mustafa Sunqur Ağabəy camaatına aid olan şəxslərin böyük əksəriyyəti böyük ehtimalla yenə də Türkiyədən nur “xidmətlərini” həyata keçirmək üçün Azərbaycana gedən nurçulardır (“Qafqazinfo”).


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar