Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan-Azərbaycan sərhədində şiddətli döyüşlər, düşmən ordusu çoxsaylı itkilər verdi


Az əvvəl Ermənistan Müdafiə Nazirliyi qoşunların təmas xəttinin qərb istiqamətində şiddətli döyüşlərin baş verdiyi haqda təcili bəyanat yayıb


Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, işğalçı ölkənin Müdafiə Nazirliyinin yaydığı bəyanata əsasən “Azərbaycan silahlı qüvvələrinin xüsusi təyinatlı bölmələri” bü gün saat 09:00 radələrdində, bir neçə istiqamətdən erməni ordusunun Tavuş vilayətinin Berd rayonu istiqamətində yerləşən mövqelərinə hücuma keçib. 

Nəticədə yarım saatdan çox çəkən döyüş başlayıb.

Döyüşlər zamanı Ermənistan ordusu çoxsaylı itkilər verib, bu itkilərdən hələlik ikisi rəsmən açıqlanıb. Ermənistan MN-nin məlumatına görə döyüşlərdə leytenant Karen Arartoviç Qalstyan və sıravi Artak Vaqarşakoviç Sərkisyan öldürülüblər. Daha bir neçə erməni hərbçisinin yaralandığı bildirilir. Düşmən tərəf “Azərbaycan ordusunun da itki verərək geri çəkildiyini” iddia edir.

Eerməni tərəfinin bu bəyanatına Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən şərh almağa çalışır. Ancaq onu qeyd etmək lazımdır ki, Ermənistan ordusu son həftələrdə az qala hər gün itki verir və düşmənin son üç həftədə verdiyi, rəsmən açıqlanan itkilərin sayı 11-I keçib. Bunların arasında zabitlər və müddətdən artıq xidmət keçənlər üstünlük təşkil edir. Ermənistan ordusu yanvarın 20-də və 21-də də çoxsaylı itkilər vermişdi. Azərbaycan Müdafiə Nazirliyi ordumuzun son həftələr ərzində heç bir itki vermədiyini  bir neçə dəfə açıqlayıb.

Ermənistan Müdafiə Nazirliyinin bu bəyanatının ardınca Dağlıq Qarabağdakı qondarma erməni rejiminin “müdafiə nazirliyi” də təmas xəttində yanvarın 23-nə keçən gecə baş vermiş döyüşlər haqda öz bəyanatını yayıb. Orada iddia edilir ki, “Azərbaycan silahlı qüvvələri şərq və şimal-şərq istiqamətlərində diversiya həmlələri edib, ancaq bu həmlələrin qarşısı alınıb”. İşğalçı qüvvələrin komandanlığı bu dəfə də “Azərbaycan ordusunun itki verdiyini” iddia edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar