Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda Azərbaycanı müdafiə edən ombudsman Bakıya gəlir


Aureliya Qriqoriu II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edəcək


 Moldovalı Ombudsman Aureliya Qriqoriu Azərbaycana gəlir. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitənin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumunda Moldova Respublikasının Ombudsmanı Aureliya Qriqoriu da iştirak edəcək. 

Aureliya Qriqoriu Ermənistan parlamentində beynəlxalq konfrans zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzünün 25 ildən çoxdur davam etdiyini, Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etdiyini və Xocalıda soyqırım törətdiyini bəyan etmiş moldovalı siyasətçidir. Qeyd edək ki, Ombudsman aprelin 27-dən 30-dək Bakıda olacaq.

II Qlobal Müştərək Cəmiyyətlər Forumunda Moldovanı eyni zamanda bu ölkənin siyasi və dövlət xadimi, 1997-2001-ci illərdə ölkəyə rəhbərlik etmiş, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini üzvü Petru Luçinski və Moldovanın sabiq Baş naziri Dimitru Braqiş (1999-2001) təmsil edəcəklər.
Forumda əksəriyyəti sabiq dövlət və hökumət başçısı olmaqla 150-dən çox nüfuzlu ictimai, siyasi xadim, ekspert və elm adamlarının iştirakı nəzərdə tutulub.

Aprelin 27-30-da keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda münaqişələrin həlli, açıq cəmiyyətlər, qadınlara qarşı diskriminasiya, ətraf mühitin çirklənməsi və digər problemlərlə bağlı müzakirələr aparılacaq. (ans press)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar