Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fahişələri öldürən məşhur-FAKTLAR


Yazarların qəribəlikləri


Kulis.Az məşhur yazıçılar haqqında faktları təqdim edir.
 
Corc Bayron (1788-1824) 
 

 
Maniakal depressiv psixozdan əziyyət çəkirdi.
 
Böyük şair Bayron çolaq idi, üstəlik köklüyə meylli idi. Bununla belə sevişməyindən qalmırdı. Venesiyada olduğu bir il müddətində bu çolaq və kök adam 250 qadınla münasibətdə olmuşdu.
 
Bayronun olduqca qəribə şəxsi kolleksiyası vardı. O sevdiyi qadınların qasıq tüklərini toplayırdı.
 
Çarlz Dikkens (1812-1870)

Dikkens hipnozla və ya o dövrdə deyildiyi kimi mesmerizmlə məşğul olurdu.
 
Dikkensin ən sevimli əyləncələrindən biri də Paris morqlarını gəzib naməlum cəsədlərə tamaşa etmək idi.
 
Çarlz Dikkens həmişə başı şimala yatırdı. O, böyük əsərlərini yazdığı zaman da üzü şimala otururdu.
 
Oskar Uayld (1854-1900)

Oskar Ualyd Çarzl Dikkensin əsərlərini ciddi qəbul etmir və hər dəfə fürsət düşən kimi onu ələ salırdı. Ümumiyyətlə Dikkens dövrünün tənqidçiləri onun Britaniyanın ən yaxşı yazıçılarının siyahısına daxil olmayacağına eyham vururdular.
 
Ualyd 1878-ci ildə Oksford Universitetini əlaçı kimi başa vurmuşdu.
 
Ualyd olduqca özünəməxsus və ekstravaqant adam idi. O hətta ömrünün iki ilini həbsdə keçirmişdi. Oskar homoseksualizmdə ittiham olunurdu.
 
Həyatının sonunda Uayld bəzi səbəblərdən adını dəyişib Sebastyan Melmot qoymuşdu.
 
Ernest Heminquey (1899-1961)

Heminqueyin alkoqolik olduğunu və intihar etdiyini hamı bilir. Onda peyrafobiya (publika qarşısında çıxış etmək) qorxusu olduğunu bilənlər çox azdır. Bundan başqa o heç vaxt ən səmimi oxucuların təriflərinə də inanmırdı. Hətta dostlarına belə etibar etmirdi.
 
Heminquey beş müharibədə iştirak edib. Dörd dəfə avtomobil, iki təyyarə qəzası keçirib.
 
Heminquey FTB-nin onu izlədiyini tez-tez təkrar etməyi xoşlayırdı. Həmsöhbətləri həmişə on gülürdülər. Amma bəzi sənədlər aşkarlananda məlum oldu ki, sən demə bu, Heminqeyin paranoyası deyilmiş. Yazıçı həqiqətən də izlənilirmiş. —
 
Luis Kerroll (1832-1898)

Kerroll gündəliklərində həmişə hansısa günahından bəhs edirdi. Amma yazıçının obrazına xələl gətirməmək üçün ailəsi gündəliklərin bu səhifələrini məhv edib. Bəzi araşdırmaçıların fikrincə silsilə qətllər törətmiş (xüsusən fahişələri), Qarındeşən Cek ləqəbli naməlum məşhur qatil məhz Kerroll imiş.
 
Kerroll bataqlıq qızdırması, sisti (sidik kisəsinin iltihabı), lümbaqo (bel ağrısı), ekzema, furunkulyoz (çoxlu çiban çıxarma), artir, plevrit (ağ ciyər pərdəsinin iltihabı), revmatizm, yuxusuzluq və başqa xəstəliklərdən əziyyət çəkirdi. Bundan başqa onun demək olar ki, fasiləsiz olaraq başı ağrıyırdı.
 
Kerroll üç təkər velosipedi, ad və tarixləri yadda saxlamaq üçün mnemonik sistemi və elektrik qələmini kəşf edib.
 
Frans Kafka (1883-1924)

Kafka klerk olub. Müasir dildə desək tipik ofis planktonu və uğursuz işçi olub.
 
Frans Kafka qəssab nəvəsi olsa da özü vegeterian idi.
 
Həyatı boyu o cəmi bir neçə hekayə dərc etdirmişdi. Bununla belə heç kəsin diqqətini cəlb etməmişdi. Bildiyimiz kimi o öləndə dostu Maks Broda əsərlərini yandırmağı vəsiyyət etmişdi. Amma Maks Brod vəsiyyətə əməl etmədi, nəticədə dünya bu nəhəng düha ilə tanış oldu.
 
Kafka hazırda Praqanın ən əsas maskotu (simvolu, talismanı) hesab olunur.
 
Uilyam Şekspir (1564-1616)
 

Uliyam Şekspir doğulduğu gündəcə-23 apreldə ölüb.
 
Müasirləri iddia edirdilər ki, guya Şekspir brakonyerliklə məşğul imiş. Ser Tomas Lyusinin sahib olduğu ərazidə maral ovu edirmiş.
 
Merkuri planetində bir krater Şekspirin şərəfinə adlandırılıb.
 
Artıq neçə yüz ildir ki, onun bu əsərlərin həqiqi müəllifi olub-olmamağı haqqında müzakirələr gedir.
 
Lev Tolstoy (1828-1910)

Toy gecəsi 34 yaşlı Lev Tolstoy 18 yaşlı xanımı Sofya Bersə gündəliyindən bəzi hissələri oxumağa məcbur edibmiş. Həmin hissələrdə yazıçı təhkimli, kəndli qadınlar və başqaları ilə yaşadığı sevgi macəralarını yazıbmış. Tolstoy həyat yoldaşı ilə arasında heç bir sirr qalmamasını istəyirmiş.
 
Lev Tolstoy digər xristianlar kimi boynunda xaç deyil, J.J.Russonun portretini daşıyırmış.
 
Aqata Kristi (1890-1976)

Birinci Dünya Müharibəsi zamanı hərbi hospitalda şəfqət bacısı işləyib. Daha sonra aptekdə çalışıb. Buna görə zəhərləri çox yaxşı tanıyırmış. Onun bir çox əsərlərində qətllər məhz zəhərlə həyata keçirilib.
 
Aqata Kristi distaqrafiyadan əziyyət çəkirdi, yəni demək olar ki, əllə yaza bilmirdi. Onun bütün məşhur romanlarını diktə edərək yazıb.
 
Anton Çexov (1860-1904)

Çexov ümumxanaları gəzməyi xoşlayırdı. Getdiyi bütün şəhərlərdə birinci buralara baş çəkirdi.
 
Anton Çexov poçt markaları kolleksioneri idi.
 
Çexov bəstəkar Çaykovski ilə dostluq edirdi, bir hekayəsini ona həsr etmişdi.
 
Ədəbiyyatı zəif bildiyinə görə üçüncü sinfi iki dəfə oxuyub.
 
Çexov yazmağa başlayanda kostyum geyib masa başına otururdu.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar