Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafa Azərbaycan bayrağını tərs tutdu və... səbəbini açıqladı


Sosial şəbəkələrdə Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın ABŞ-da Ağ Evin binası önündə Azərbaycan bayrağını tamamilə tərs tutduğunu əks etdirən foto yayılıb.


 Fotodakı tarix məlum şəklin 2010-cü ildə çəkildiyini göstərir.

Foto sosial şəbəkələrdə ciddi narazılıqla qarşılanıb. İstifadəçilər bu hərəkətinə görə millət vəkilini sərt tənqid ediblər.

Məsələ ilə bağlı sayta açıqlama verən deputat faktı təsdiqləyib. Millət vəkili qeyd edib ki, məlum foto həqiqətən də 2010-cü ildə Ağ Evin önündə çəkilib: “Avtobusa gecikdiyimiz bir məqamda dostlar dedi ki, bayrağımızla burada bir şəkil çəkdirək. Sonra kənardan müşahidə edən dostlarımız dedi ki, şəkildə bayraq tərs tutulub. Biz sonradan bayrağı düzəldib yenidən şəkil çəkdirdik. Yəni, orada iki şəkil çəkilib. İndi bu şəkli ona görə yayıblar ki, guya biz bayrağa hörmətsizlik etmişik. Ancaq o biri şəkli yaymayıblar. Bu onu göstərir ki, əməllər niyyətə görədir. Bu hadisə tələskənlikdən baş verən bir səhvdir. Əlbəttə ki, niyyətimzi bayrağı tərs tutmaq olmayıb. Bu təsadüfdən baş verən hadisədir. Biz əksinə bayrağı təbliğ etmək məqsədilə tutmuşuq. Niyyətimiz düz olduğu üçün mən bunu narahat qarşılamıram. Əgər niyyət pis olsaydı üstünə getmək olardı. Bu şəkli ona görə, yerləşdiriblər ki, başqa arqument tapa bilmirlər. Məqsəd bu yolla insanları söydürməkdir. Mən arzu edirəm ki, məni buna görə tənqid edənlər bayrağını ən azı mənim qədər sevsinlər, bu mənə bəsdir”.
(Editor.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ən çox oxunanalar