Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulidə 10 min insan müayinə olunub - Fotolar


Füzulidə əhalinin tibbi müayinənin gedişi ilə bağlı müşavirə keçirilib


Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində prezident İlham Əliyev 2015-ci il fevralın 2-dən mayın 1-dək ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının rayonda icra vəziyyətinə həsr olunmuş müşavirə keçirilib.

PİA.AZ xəbər verir ki, müşavirədə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ərazidaki icra nümayəndələri, bələdiyyələr, Mərkəzi Xəstənasının tabeliyində olan tibb məntəqələrinin həkimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müşavirəni Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açıb, respublika əhalisinin sağlamlığı məsələlərinin hər zaman ölkə başçısının diqqət mərkəzində olduğunu vurğulayıb: "Prezidentin əhalinin tibbi müayinədən küçirilməsi ilə bağlı tapşırığı bir məqsəd daşıyır ki, bunun da əsasında insan amili dayanır. Ölkə başçısının tapşırığı cəbhə bölgəsində yerləşən Füzuli rayonunda böyük ruh yüksəkliyi ilə yerinə yetirilir. Bununla bağlı rayonda operativ tədbirlər görülüb, idarə, müəssisə, təşkilat və səhiyyə müəssisələrinin iştirakı ilə iclas keçirilib. Səhiyyə müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinəsinin yüksək səviyyədə aparılması üçün konkret tapşırıqlar verilib, əhalinin tibbi müayinəsinin təşkil edilməsi ilə bağlı rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılıb.”

Müşavirədə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Soltan Əliyev rayon ərazisindəki 40 yaşayış məntəqəsinin 28270 nəfər sakini 5 məntəqədə, Mərkəzi Xəstəxana, Horadiz, Əhmədbəyli və Qayıdış xəstəxanalarında, həmçinin Füzuli Tibb Mərkəzində tibbi müayinədən keçirildiyini vurğulayıb. Bildirilib ki, bu günədək 9400 nəfər rayon sakini ambulator, 246 nəfər isə stasionar müalicəyə cəlb edilib, 82 nəfər isə müalicə olunmaq üçün Bakı şəhərindəki xəstəxanalara göndərilib.

Digər çıxış edənlər ölkə başçısının bu humanist təşəbbüsünün füzulililər tərəfindən minnətdarlıqla qarşılandığını bildiriblər.

A.Alıyev tədbirə yekun vurub, tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün tapşırıqlar verib. Diqqətə çatdırılıb ki, bu kampaniya genefondumuzun qorunmasına, eləcə də ölkə vətəndaşlarının sağlamlığına, uzunömürlülüyünə dövlət qayğısının əyani təzahürüdür. 

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar