Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Girovlarımızın ailəsi Qarabağa getmək istəyir


“Ermənilərin atam haqda belə qərar verəcəyini düşünürdüm”


Bunu AzVision.az-a açıqlamasında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. Bu gün Xankəndidə keçirilən sonuncu qondarma “məhkəmə”ndən xəbərdar olduğunu deyən Kürdoğlu Əsgərov qeyd edib ki, artıq bununla bağlı lazım olan hər bir yerə müraciət ediblər. Girovun oğlu qeyd edib ki, lazım olsa atasını xilas etmək üçün Qarabağa da getməyə hazırdır.

Ermənilər tərəfindən girov götürülən azərbaycanlı Şahbaz Quliyevin qardaşı Manaf Quliyev isə AzVision.az-a bildirib ki, erməni tərəfi hər şey əlində olduğu üçün istədiyi qərarı verə bilər. 

Onun sözlərinə görə, onlar lazım olan hər bir yerə müraciət ediblər. M.Quliyev qardaşını xilas etmək üçün Qarabağa getmək istədiklərini deyib:

“Bircə o qalıb ki, gedib qardaşımı özümüz gətirək. Ya ölərik, ya da qalarıq. Məhkəməyə kimdi inanan. Onların əlində olduğu üçün istəsələr öldürədə bilərlər”. 

Xatırladaq ki, bu gün KəlbəcərErmənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesində prokuror çıxış edib. “Prokuror” Karen Qabrielyan D. Əsgərova ömürlük həbs cəzası tələb edib, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qondarma “məhkəmə” prosesi oktyabrın 27-də başlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar