Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gültəkin Hacıbəylinin şikayəti icraata qəbul edildi


Hakim prosesin məhkəmə istintaqı ilə aparılması haqda vəsatəti təmin etmədi


Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə Milli Şuranın kommissiya sədri, keçmiş deputat Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevə qarşı xüsusi  ittiham üzrə apelyasiya şikayətinə baxılıb.

Qeyd edək ki, Gültəkin Hacıbəyli Mahmud Mehdiyevin keçirdiyi mətbuat konfransında səsləndirdiyi ifadələrlə onu təhqir etdiyini əsas gətirərək keçmiş həyat yoldaşının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Yasamal rayon Məhkəməsinə müraciət etmişdi. Noyabrın 4-də bu iş üzrə hakim Fuad Babayevin sədrliyi ilə məhkəmə iclası keçirilib və G.Hacıbəylinin iddia təmin edilməyib. Hakim G.Hacıbəylinin məhkəməyə təqdim etdiyi materialları sübut kimi qəbul etməyərək iddia ərizəsinin məhkəmə icraatına götürülməməsi haqda qərər qəbul edib. G.Hacıbəyli və vəkili Elçin Sadıqov qeyd olunan qərardan apelyyasiya şikayəti verib.
Məhkəmə iclasında xüsusi ittihamçı Gültəkin Hacıbəyli, onun vəkili Elçin Sadıqov və cavabdeh qismində isə Mahmud Mehdiyev iştirak ediblər.

Bundan əlavə məhkəməyə təhsil üzrə eksperti Etibar Əliyev, AXCP sədrinin müavini Gözəl Bayramlı, AXCP fəalı Nüşabə Ağakişiyeva, Müsavat başqanının müşaviri Yeganə Hacıyeva və media nümayəndələri də qatılıblar.

İclas başlayandan sonra E.Sadıqov apelyasiya şikayətinin qismən məhkəmə istintaqı ilə aparılması haqda vəsatət verdi: “Birinci instansiya məhkəməsinə internet saytlarından çıxarışlar təqdim edilmişdi. Ancaq hakim onları sübut kimi qəbul etmədi. Biz istəyirik məhkəmə baxışında ki, təqdim etdiyimiz videolara və digər materialları qismən məhkəmə istintaqı ilə araşdırılsın”.

G.Hacıbəyli bildirdi ki, birinci instansiya məhkəməsinə internet saytlarından çıxarılmış materiallarla yanaşı, həmin saytların ünvanlarını da təqdim ediblər: “Məhkəmə həmin saytlara baxa bilərdi. Qanuna görə internet saytları kütləvi informasiya vasitələri sayılır. Amma birinci instansiya məhkəməsi onlara təqdim etdiyimi internet saytlarını KİV saymadı. İnternet saytlarında yayılan yazılara görə, məhkəmə hökmləri də olub. Yasamal məhkəməsi isə qanuna zidd olaraq məhkəməyə təqdim etdiyimiz və internet saytlarında dərc edilmiş məlumatları sübut kimi qəbul etmədi”. Eyni zamanda, məhkəmə təqdim edilən sübutları araşdırmadan onların mötəbər olmaması ilə bağlı rəy verir. Halbuki, cinayət prosesual qanunvericiliyin tələblərinə uyğun olaraq sübutların qiymətləndirilməsi məhkəmə hazırlıq iclasının predmeti ola bilməz. Sübutların mötəbərliliyi yalnız iş məhkəmə baxışına tədqim olunduqdan sonra məhkəmə istintaqı gedişində, tərəflərin çəkişmə prinsipi gözlənilməklə qiymətləndirilə bilərdi.

Yasamal rayon Məhkəməsinin onun işinə qanunun tələblərinə uyğun şəkildə baxmadığını deyən G.Hacıbəyli məhkəmə hazırlıq iclasının qərarının ona 14 gün sonra, yəni 11 gün gecikmə ilə edilməsini də hakimin diqqətinə çatdırdı. Bu zaman hakim “Qərarın sizə gec təqdim edilməsini əsas gətirərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini istəyirsiniz?” deyərək G.Hacıbəyliyə sual etdi. O isə “Mən məhkəmənin etdiyi qanunsuzluqlar haqda danışıram. Qərarın ləğv edilməsinə əsas kimi hakim tərəfindən internetin KİV hesab edilməməsi və məhkəmə hazırlıq iclasında heç bir araşdırma aparmadan təqdim etdiyimiz sübutları mötəbər hesab etməməsi yetərlidir” - deyə hakimə cavab verdi. G.Hacıbəyli Yasamal rayon Məhkəməsinin çıxardığı qərarın ləğv edilməsini də istədi.

Bundan sonra Mahmud Mehdiyev çıxış edərək xüsusi ittihamçının və vəkilinin və məhkəməyə təqdim etdiyi və internet saytlarından çıxartdığı materialların sübut olmadığını dedi: “Onlar həmin saytların qeydiyyatdan keçib-keçməməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən sənəd almalıdırlar. Bilinməlidir ki, bu saytla qanuni fəaliyyət göstərir, ya yox. Xahiş edirəm şikayətə qismən məhkəmə istintaqı ilə baxılması haqda verilən vəsatət və şikayət rədd edilsin”.  

Bundan sonra məhkəmə müşavirəyə getdi. Müşavirəndən qayıdan hakim G.Hacıbəylinin şikayətinin icraata qəbul olunduğunu və işin baxışa təyin edildiyini elan etdi. Hakim məhkəmə baxışının qismən istintaqla aparılması haqda verilən vəsatəti təmin etmədi.

Məhkəmə 30 dekabr, saat 11:00-da davam etdiriləcək.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar