Bakıda 3 gün əvvəl tapılmış meyidin kimliyi müyyən olunub, onun qatili həbs edilib
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 25-də Q.Qarayev prospektində üzərində zor əlaməti görünən (baş nahiyyəsinin küt alətlə əzilmiş xəsarət olan) təxminən 35-40 yaşlarında naməlum kişi meyiti aşkar edilib.
DİN Baş Cinayət-Axatrış İdarəsi, BPİ Cinayət-Axtarış İdarəsi, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi və Rayon prokurorluğu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qətlə yetirilən kişinin şəxsiyyəti müəyyən olunub.
Məlum olub ki, o, Gürcüstan vətəndaşı 1966-cı il təvəllüdlü Zviadi Kentchoşhvilidir.
Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Emil Xudaverdiyev Qazax sərhəd keçid məntəqəsində saxlanılıb.(trend)