Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hava, su, çörək və internet...


Bizi sonuncu ilə "vura" bilərlər


Osman Gündüz: "Necə olur ki, "Delta Telekom" həmin saatlarda Gürcüstana internet sata bilib, yəni orada internetdən istifadə olunub, ancaq biz özümüz internet ala bilməmişik"

Noyabrın 16-da günün ikinci yarısında Azərbaycan  əksər aparıcı internet provayderlərinin abunəçilərə verdiyi internetin kəsildi və internetdən istifadə edən əhalinin 90 faizi internetsiz qaldı. Bu, həyatının əksər hissəsini internet üzərindən qurmuş insanlar üçün əsl fəlakət kimi qəbul edildi. İnformasiya əldə emək, plastik kartlardan istifadə, bank hesablarında əməliyyatlar, ən əsası isə kütləvi informasiya vasitələrinin işi mümkünsüz hala gəldi. Belə demək mümkündürsə, ölkədə 7 saat müddətində həyat dayandı. Həmin gün gecə saat 23:30 radələrində internet bərpa olundu. Rəsmi məlumatda “Delta Telekom" şirkətində yanğın olduğu, yanğının Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürüldüyü bildirilirdi. 

Bütün ölkə ərazisdində internetin kəsilməsi bəzi iddiaların ortaya çıxmasına da səbəb oldu. Siyasi analitik Mirzə Xəzər facebook səhifəsində baş verən hadisəni belə izah etdi: "Ehtimal var ki, bir neçə gün Azərbaycan ərazisində internet zəif və çox zəif olacaq. Lakin “Basta”nın əldə etdiyi təsdiqlənməmiş məlumata görə, problemin kökündə Əliyev ailəsinin telefon danışıqlarının dinlənilməsi üzə çıxdıqdan sonra rabitə strukturunda avadanlığın dəyişdirilməsi dayanır. İddia edilir ki, yeni avadanliq vasitəsilə prezidentin və onun ailə üzvlərinin telefon danışıqlarını və internet yazışmalarını izləmək mümkün olmayacaq. Xatırladaq ki, milli təhlükəsizlik naziri Eldar Mahmudovun və rabitə naziri Əli Abbasovun vəzifədən çıxarılması hakim ailənin telefon danışıqlarının dinlənilməsi və xarici kəşfiyyat orqanlarına ötürülməsi ilə izah edilir". 

Səbəbinin nə olmasından asılı olmayaraq baş verən hadisə Azərbaycanda informasiya təhlükəsizliyinin nə dərəcədə ciddi sual altında olmasını ortaya çıxardı. 

Görəsən, ölkədə “Delta Telekom" şirkətindən başqa alternativ internet mənbəyi yoxdurmu? Əgər varsa, internetin olmadığı 7 saat ərzində niyə alternativ sistemlə ölkədə internet təmin edilmədi? Müharibə şəraitində olan ölkənin hər an  informasiya blokadası ilə təhdid edilməsi milli təhlükəsizliyimizi kölgə altına salmırmı? İnternetin kəsilməsinin səbəbi həqiqətən "MTN işi " ilə bağlı ola bilərmi?

Musavat.com-un suallarını cavablandıran Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz  də bildirdi ki, noyabrın 16-da bütün ölkə ərazisində internet təchizatı sahəsində yaranan problem dövlətin  informasiya təhlükəsizliyi üçün ciddi təhdiddir: "Bu xoşagəlməz hadisə bizim üçün ciddi bir dərs idi. Buna sadəcə internet bağlantısının kəsilməsi kimi yanaşmaq olmaz. Bir saniyə internetin kəsilməsi belə, ciddi bir hadisədir. Əslində, bu hal dünyada qeyri-adi bir durum hesab olunur. Bir neçə saat ərzində ölkənin internetsiz qalması qlobal dünyadan ayrılması deməkdir. 

Baş verən hadisə ölkənin informasiya məkanına ciddi təhlükə kimi dəyərləndirilir. Bu, başqa müstəvidə müzakirə olunmalıdır. Söhbət texnologiyadan gedirsə, bu cür hadisələr qaçılmazdır. Sabah da hər hansı partlayış ola, kabel yana bilər. Ancaq sistem hər zaman dayanıqlı olmalıdır. Dayanıqlı o deməkdir ki, istənilən halda alternativ variantlar olmalıdır. İnternet, yəni informasiya təhlükəsizliyi bizim milli təhlükəsizliyimizin tərkib hissəsidir. Ölkədə dayanıqlı informasiya sistemi olmalıdır, onlayn əlaqə təmin olunmalıdır, beynəlxalq aləmlə informasiya mübadiləsi təmin olunmalıdır. İndi baş verən hadisə onu göstərdi ki, bizdə internetin dayanıqlığı  ilə bağlı problem var". 

Osman Gündüzün fikrincə, ölkəni internetlə təmin edən ən böyük internet provayderi olan "Delta Telekom" baş verənlərlə bağlı öz abonentlərinə açıqlama verməlidir: "Düzdür, son  illərdə Azərbaycanda informasiya infrastrukturunun qurulması istiqamətində xeyli iş görülüb. Demək olmaz ki, vəziyyət çox bərbaddır. Biz ən azı 5 yerdən dünyaya bağlanırıq və internet kəsilən zaman həmin xətlərdə hər hansı bir problem olmayıb. Yəni, internet bağlantısı yerindədir, ancaq biz informasiya münasibətlərini qura bilmirik.

Digər bir məsələ də odur ki, "Delta Telekom" həmin saatlarda bizim interneti Gürcüstana sata bilib, yəni orada internetdən istifadə olunub, ancaq biz özümüz internet ala bilməmişik. Bu məsələyə bir qədər spesifik yanaşmaq lazımdır. Ona görə də, bütün o görülən işlərlə bərabər indiki halda bu sistemə yenidən baxmağa ehtiyac var.   

İlk növbədə baş verən problemin səbəbi tapılıb, ortaya qoyulmalıdır ki, bu təxribatdır, yoxsa texniki problem... Hazırda əməliyyat  qrupu orada təhqiqat aparır. Biz onlardan nə baş verməsi ilə bağlı cavab gözləyirik. İkincisi, "Delta Telekom" öz müştərilərinə nə baş verdiyi ilə bağlı açıqlama verməlidir. Bu təhqiqatın nəticələri açıqlandıqdan sonra "Delta Telekom" cavab verməlidir ki, qəzanın səbəbi nə idi? Bundan sonra isə elə bir sistem hazırlamaq lazımdır ki, oxşar hadisə baş verməsin, hər hansı nasazlıq olarsa, alternativ mənbələr işə düşsün". 

Ekspert ölkənin informasiya təhlükəsizliyi ilə bağlı qanunvericiliyi və ona nəzarət edən qurumların səlahiyyətlərini təkrar gözdən keçirməyi də tövsiyyə etdi: "MTN işi" ilə bağlı da bizdə informasiya təhlükəsizliyi ilə bağlı məsələlər son dövrlərdə gündəmdə oldu. Mən düşünürəm ki, bu məsələlərə yenidən baxmaq lazımdır.  Həmçinin  informasiya təhlükəsizliyi ilə bağlı səlahiyyət bölgüsü aparılmalıdır. Məsələn, Xüsusi Dövlət Mühafizə Xidməti, Milli Təhlükəsizlik Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və s. kimi qurumlar arasında informasiya təhlükəsizliyi ilə bağlı müəyyən səlahiyyət bölgüsü var idi ki, bunlar yenidən nəzərdən keçirilməlidir.

"Əməliyyat-axtarış tədbirləri haqqında" Qanunda informasiya təhlükəsizliyi ilə bağlı müəyyən müddəalar nəzərdə tutulub. Burada da elə etmək lazımdır ki, dövlət və ictimai təhlükəsizliyə xələl gəlməsin. Hesab edirm ki, yeni çağırış parlamentdə müzakirəyə çıxarılacaq ilk məsələlərdən biri də informasiya təhlükəsizliyi və  əməliyyat-axtarış tədbirləri bağlı olmalıdır". 

Mirzə Xəzərin səsləndirdiyi iddialara gəlincə, Osman Gündüz bildirdi ki, bu məsələ ilə bağlı Xüsusi Dövlət Mühafizə Xidməti, DİN, MTN-in peşəkar əməliyyatçıları hazırda orada təhqiqat aparırlar və bu haqda qabaqlayıcı bir fikir səsləndirmək düzgün olmaz: "Əlbəttə, Azərbaycandakı mövcud situasiya baxımından orada təxribat faktoru istisna olunmaya bilər. Ancaq mən onu da deyim ki, "Delta Telekom" çox ciddi, standartlara cavab verən bir qurumdur. dünyadakı tanınmış internet provayderlərilə, təhlükəsizliyə cavab verən təşkilatlarla əməkdaşlıq edir. Yəni, hər bir xırda hadisə "Delta Telekom"un tamamilə çökməsinə səbəb ola bilməzdi". 

Bu addımın hakimiyyət tərəfindən atılması iddiasını dəyərləndirən ekspert qeyd etdi ki, bu, beynəlxalq aləmdə Azərbaycana divident gətirməyən bir hadisə idi: "Mən xarici saytlardan da oxudum ki, Azərbaycan ciddi şəkildə tənqid olundu, ölkənin beynəlxalq aləmdən ayrılması qəribə qarşılandı. Onsuz da bu sistem hökumətin əlindədir və onlar istədikləri informasiyanı oradan götürə bilirlər. Bunun üçün Azərbaycanın internetinin kəsilməsi şərt deyil. Mən bu versiyanı o qədər də inandırıcı hesab etmirəm. 

BMT tərəfindən qanunda nəzərdə tutulan qaydada bizim telekommunikasiya sistemində altenativ bir şəbəkə qurulub. MTN-ə tabe olan və bütün bu telekommunikasiyanın keçdiyi bir sistem qurulub. Belə sistem bütün dünya ölkələrində var. Bu, əməliyyat-axtarış tədbirləri, nəzarəti gücləndirmək üçün həyata keçirilir. Bu sistem indi MTN-dən çıxıb və dövlətin nəzarətindədir. Düşünürəm ki, sistem onların nəzarətindədirsə, belə bir addım atmazlar".  (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar