Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsdəki MTN generalından yeni sensasion iddia

Elçın Quliyev: “Mən məhkəməyə çıxdığım gün özümü asacam”


Eldar Mahmudovun “vurulmasından” sonra onun Milli Təhlükəsizlik Nazirliyində yaratdığı cinayətkar dəstənin üzvlərinin istintaqı davam edir. 

Gununsesi.info-un əldə etdiyi məlumata görə, həbs olunan MTN rəhbərliyi arasında olan şəxslərdən biri indiyədək istintaqa ifadə verməkdən imtina edib. 

Bu, Anti-Terror Mərkəzinin sabiq rəisi general Elçin Quliyevdir. Saytı bilgiləndirən mənbənin sözlərinə görə, istintaqa ifadə verməkdən boyun qaçıran Elçin Quliyev hətta prokurorluğu da şantaj edib. Belə ki, məhkəməyə çıxmayacağını bildirən general özünü öldürəcəyini bəyan edir: “Mən məhkəməyə çıxdığım gün özümü asacam. Məni azad etməlidirlər”. Elçin Quliyev bu tələbi irəli sürməklə azadlığa buraxılmasını tələb edib. Xatırladaq ki, bir neçə ay əvvəl Bakı İstintaq Təcridxanasında Elçin Quliyevin müavini İlqar Əliyev özünü asıb. Həmin dövrdə E.Əliyev vəzifədən azad edilsə də, həbs olunmamışdı. İ.Əliyevin müəmmalı ölümündən sonra E.Quliyev həbsə alındı. 

Qeyd edək ki, E.Quliyev E.Mahmudov vəzifədən çıxarılandan bir müddət sonra tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi. Həbsdəki müavinin qəfil ölümündən sonra onun özünü istintaqa çağırıb həbs etdilər. E.Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində “MTN işi” üzrə başlanmış cinayət işi üzrə əsas fiqurantlardan biridir. Ona Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham elan olunub. Ötən il dekabrın 25-də barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan bu müddət bir daha 4 aylıq uzadılıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar