Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hələb və Dəməşq ətrafı Əsədin nəzarətinə keçir


Rusların dəstəyinin Suriya savaşına təsiri özünü göstərməyə başlayır


İsveçrədə xarici işlər nazirlərinin Suriya toplantısından sonra bu dəfə Berlində Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Fransua Olland arasında görüş olub. 

Ancaq görüşdən müsbət nəticə alınmayıb. Bu görüşdən sonra Putin eyni zamanda Suriya prezidenti  Bəşər Əsədlə danışıb. Danışıqlarda Suriyadakı ümumi vəziyyət və o cümlədən Hələbdəki durum müzakirə olunub. Putin çox böyük ehtimalla Almaniya və Fransa liderləri ilə danışqıların nəticələri ilə bağlı Əsədi də məlumatlandırıb. 

Qeyd edək ki, hazırda Rusiyanın əsas diqqəti Hələbdədir. Suriyanın ikinci böyük şəhəri Hələbin Bəşər Əsəd hökumətinin nəzarətinə keçməsi münaqişənin həlli istiqamətində böyük dönüş deməkdir. Çünki Hələbin alınması faktiki olaraq ölkənin əsas hissəsinin nəzarət altına alınması deməkdir. Digər tərəfdən, ötən ay silahlı qruplar uzun sürən savaşdan sonra Dəraya şəhərini tərk etdilər. İndi isə Dəməşq ətrafında təmizlənmə əməliyyatları davam edir. Təbii ki, hər nə qədər üstünlüyü ələ alsa da, Suriyada əməliyyatlar uzun müddət davam edəcək, bütün qanunsuz silahlı birliklərin silahı yerə qoyması zaman alacaq. Ancaq indiki mərhələdə ərazi üstünlüyü və böyük yaşayış məntəqələrinin hökumətin nəzarətinə keçməsi B.Əsəd üçün ən azı 3-4 il əvvəlki vəziyyətlə müqayisədə belə ciddi uğurdur. Həmçinin bu vəziyyətdə artıq qarşı tərəfin, yəni Qərb ölkələri və Türkiyə ilə ərəb dövlətlərinin Suriya məsələsində köklü dəyişiklik şərtini arxa plana keçirir. 

Hələlik isə bütün diqqətlər Hələb ətrafındadır. İki ildən çoxdur ki, həm müxaliflər, həm də hökumət Hələbi tamamilə ələ keçirməyə çalışsa da, buna nail ola bilməmişdilər. Hələb Suriyanın ikinci böyük şəhəri, Yaxın Şərqin ən böyük sənaye mərkəzi olmaqla yanaşı, strateji mövqeyinə görə ölkənin şimalında bütün əsas rabitə xətlərinin, yolların üzərində yerləşir. Hələb müxaliflərin əlinə keçsəydi, ölkə faktiki olaraq parçalanmış sayılacaqdı. Bu səbəbdən ən ağır və üzücü savaş Hələbdə davam etdi. 

Ancaq ötən il Rusiyanın savaşa qatılması ilə Hələbdə üstünlük tədricən hökumət qüvvələrinə keçməyə başladı, ikiyə bölünmüş şəhər küçə döyüşlərinə bir də rusların hava bombardmanları qarışdı. İndi isə artıq Hələbin böyük hissəsi hökumət qüvvələrinin nəzarəti altındadır. Şəhərdəki silahlıların bir hissəsi artıq yaradılmış koridordan çıxıb. Ancaq son məlumatlara görə, 900 nəfərlik silahlı qrup hələ də müqavimət göstərərək Hələbi tərk etməkdən imtina edir. Rusiya Müdafiə Nazirliyi humanitar yardımların verilməsi və şəhəri tərk etmək üçün oktyabrın 20-də Hələbdə sabah saat 8-dən axşam 19-dən 11 saatlıq vaxt verib. 

Eyni zamanda Moskva Qərb ölkələrinə və ərəb dövlətlərinə müraciət edərək terrorçular və müxalifləri bir-birindən ayırmağa çağırıb. Moskva və Dəməşq Hələbin şərq hissəsində qalan silahlıların 11 saat ərzində 8 dəhliz vasitəsilə şəhəri tərk etmələrini tələb edib. Ancaq Berlində mətbuat konfransı keçirən Rusiya prezidenti Vladimir Putin deyib ki, fasilə müddətini bir az da uzada bilərlər. Bunun üçün yeganə şərt isə terrorçu fəaliyyətlərin dayandırılmasıdır. Eyni zamanda Putin deyib ki, ABŞ və müttəfiqləri bu müddətdə mülayim müxalifətlə ən-Nusra və bənzər terror təşkilatları arasında ayırma etməlidirlər. 

Lakin bəzi media orqanlarında Hələbdə qalan Fəth əl-Şam (keçmiş adı ən-Nusra - K.R.) qruplaşmasının əhalinin Hələbin silahlılar olan hissəsini tərk etməsinə mane olduğunu, hətta yerli əhalini dəhlizlərə doğru gedənləri vuracaqları ilə hədələdikləri haqda xəbər yayılıb. Bu isə onu göstərir ki, radikal qruplaşmalar Hələbi boşaltmaq istəmirlər, savaş hələ bir müddət davam edəcək. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar