Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyevdən müraciət



Azərbaycan prezidenti İlham Əliyev “Beynəlxalq Antikorrupsiya Akademiyası”na üzv dövlətlərin Assambleyasının Üçüncü Sessiyasının iştirakçılarına müraciət ünvanlayıb


PİA.AZ yerli mətbuata istinadən bildirir ki, müraciətdə deyilir:

“Hörmətli Assambleya iştirakçıları!

Sizi Bakı şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının Assambleyasının açılışı münasibətilə təbrik edir və səmimi qəlbdən salamlayıram.

Azərbaycan sürətlə inkişaf edən müasir dövlətdir. Bu dinamikanın saxlanılması üçün tədbirlər ardıcıl şəkildə davam etdirilir. Ölkəmizdə şəffaf ictimai münasibətlər sistemi formalaşdırılmış, demokratik institutların fəaliyyəti təmin edilmişdir. Fəaliyyətimiz beynəlxalq təşkilatlar və nüfuzlu reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Bu, həm də dövlət idarəçiliyinin yenilənməsi və korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün mövcud qətiyyət və möhkəm siyasi iradə ilə bağlıdır.

Azərbaycan Respublikası Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə də korrupsiyaya qarşı mübarizəni prioritet  elan etmiş və beynəlxalq səviyyədə bu problemlə ciddi məşğul olmaq əzmini göstərmişdir. Ölkəmiz bu sahədə bütün beynəlxalq təşəbbüslərin aktiv iştirakçısıdır. Azərbaycan BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına ilk qoşulan dövlətlərdən biridir.

Şəffaflıq, açıq hökumət prinsipləri, elektron hökumət, innovativ yanaşma dövlət siyasətimizin prioritet istiqamətlərindəndir. Dövlət xidmətlərinin göstərilməsində tətbiq etdiyimiz korrupsiyanı tam istisna edən xidmət modeli digər ölkələr üçün də uğurlu nümunə ola bilər. 

Korrupsiyaya qarşı mübarizənin səmərəli olması üçün təhsil və təlim daim diqqətdə saxlanılmalı, yaxşı təcrübələr mütəmadi mübadilə edilməlidir. Beynəlxalq Antikorrupsiya Akademiyası  bu sahəyə aktiv töhfə verən yeni beynəlxalq təşkilatdır.  Bu fəaliyyət üzv dövlətlər tərəfindən dəstəklənməlidir.

Əminəm ki, Assambleya bu sahədə yeni təşəbbüslərin və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi üçün yeni imkanlar açacaqdır.

Sizi bir daha təbrik edir, Assambleyanın işinə uğurlar arzulayıram!”


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar