Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Mirzəyevin cinayət dosyesi...


İlham Mirzəyev əli hər yerdən üzülən insanları necə aldadırmış...


Sentyabrın 30-da, saat 11:00-da Nərimanov Rayon Məhkəməsində “Space” telekanalının “Etiraf” verilişinin aparıcısı, dələduzluq ittihamı ilə həbs olunan İlham Mirzəyevin işi üzrə məhkəmə davam etdiriləcək. İ.Mirzəyevin hüquqlarını vəkillər Xanlar Bayramzadə və İkram Abdullayev müdafiə edir. Redaksiyamıza işdə adı zərərçəkən kimi keçən şəxslərdən biri olan Aynur Əhmədovanın məktubu və iş üzrə tərtib olunan ittiham aktı daxil olub.

A.Əhmədova məktubunda İ.Mirzəyevin vergi cinayətlərinin araşdırılmamış qaldığını, talama cinayəti üzrə ona ittiham elan edilmədiyini qeyd edir. O, teleaparıcının məhkəmə qarşısına xırda maddələrlə çıxarılmasına diqqət çəkərək bildirir ki, işə baxan hakimlə İlham Mirzəyevin çox yaxşı münasibətləri var və buna qədər də bu hakim teleaparıcının iddiası əsasında qəzetlərə qarşı qərar qəbul edib.

Zərərçəkənin redaksiyamıza təqdim etdiyi ittiham aktında yer alan epizodları oxuduqca teleaparıcının qəbuluna gedən və əli hər yerdən üzülmüş, övlad həsrətində olan insanların pullarını necə mənimsəməsi sadəcə ikrah doğurur. 

İttiham aktından aydın olur ki, 10 aprel 2014-cü ildə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İ.Mirzəyevi saxlamasaydı, o, bu gün də sahibi olduğu falçılıq klinikasında iş başında olacaqdı. Efirdən söylədiyi yalanlarına uyanlar qapısını kəsdirib ondan min bir dərdlərinə əlac umacaq, son qəpiklərini verib nəticə gözləyəcəkdilər...

“Şirinlik yaradacağam və sizi bir-birinizə qovuşduracağam”

Həmin gün məlum əməliyyatın keçirilməsinə əsas verən müraciəti hazırda işdə adı zərərçəkən kimi keçən A.Əhmədova edib. İstintaqçılar məsələni araşdırıblar və belə bir ittiham aktı tərtib ediblər. İttiham aktında adı keçən zərərçəkənlərin ad-soyadlarını etik səbəblərdən yazmırıq. Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun təsdiqlədiyi ittiham aktından seçmələri təqdim edirik:

- Zərərçəkənlərdən biri olan A.H adlı qadın ifadəsində göstərib ki, subaydır, Nəsimi rayonu ərazisində yerləşən “Moskva” univermağında qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olan A.X adlı oğlanla qızıl-zinət əşyaları alarkən tanış olublar. A.X-dan bir oğlan kimi xoşu gəlib, münasibətlərində A.X-nın da ondan xoşunun gəldiyini hiss edib. Fikirləşib ki, A.X ilə daha yaxından münasibəti yaransın və gələcəkdə belə bir insanla ailə həyatı qursun. O eşidib ki, cavan qızlar, xanımlar ailə həyatı qurmaq, xoşu gələn insanla yaxın münasibət yaratmaqdan ötrü falçı yanına gedirlər. Falçı onlara “şirinlik duası” yazır, bunun nəticəsində qızlar istədiyi oğlanla ailə həyatı qurur, xoşbəxt olurlar. 

O eşidir ki, “İlhaMed” Tibb Klinikasının direktoru İlham Mirzəyev falçılıqla məşğul olur, bəxt açır, elə dua yazır ki, oğlanı qızın ayağına gətirir, oğlan qıza elə bağlanır ki, ömürlük ondan əl çəkmir. Hələ bu məsələdən əvvəl o, İlham Mirzəyevi televizorda veriliş apararkən  görmüş, onu ekstrasens, öncəgörücü kimi tanımış və onun gələcəkdə baş verəcək hadisələrdən xəbər verdiyini, falçılıqla məşğul olduğunu eşitmişdir. O, imkanlı insanla ailə həyatı qurmaq, gələcəkdə daha yaxşı ömür sürmək istəyib və bu niyyətlə də A.X adlı qızıl alverçisi ilə evlənməyinə kömək göstərməsindən ötrü İlham Mirzəyevə müraciət etmək qərarına gəlib. 2 aprel 2014-cü il tarixdə o, Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Cıdır” atçılıq stadionunun arxa tərəfində yerləşən yeni inşa olunmuş çoxmərtəbəli binanın ikinci mərtəbəsində fəaliyyət göstərən “İlhaMed” Tibb Klinikasına gələrək klinikanın direktoru İlham Mirzəyevə müraciət edib. İlham Mirzəyev otağında gəlişinin məqsədini danışıb. İlham Mirzəyev ondan həyatı barədə soruşub, sorğu-sual edib, o isə subay olduğunu, dörd ay əvvəl anasını itirdiyini, sevdiyi oğlanla ailə həyatı qurmaq, oğlanla münasibətlərinin yaxınlaşmasını istədiyini danışıb. İlham Mirzəyev özü ona bildirib ki, “Sən narahat olma, hər şey yaxşı olacaq. Mən həmin sevdiyin oğlanı sənin ayağına gətirəcəyəm. Elə edəcəyəm ki, sizin münasibətləriniz yaxşılaşacaq. Mən sizin münasibətlərinizdə şirinlik yaradacağam və sizi bir-birinizə qovuşduracağam”. 

“Oğlan it kimi sənin ayağına gələcək...”

İlham Mirzəyev elə danışıb, adama elə sözlər deyib ki, adam onun bütün sözlərinə inanıb. Adama elə gəlib ki, bu insan həqiqətən də hansısa qeyri-adi gücə, bacarığa malikdir. İlham Mirzəyev deyib ki, “narahat olma, elə edəcəyəm ki, o oğlan it kimi sənin ayağına gələcək, ömürlük səninlə bir yerdə olacaq”. Hətta İlham Mirzəyev ona tam əminliklə demişdir ki, “əgər 15 gün müddətində mən dediyim işi görə bilməsəm, o oğlan ayağına düşməsə, mən İlham Mirzəyev olmaram”. İlham Mirzəyev söhbətin əvvəlində özü haqqında elə danışmışdır ki, guya xeyirxah insandır, ondan yaxşı insan yoxdur, onun əsas məqsədi insanlara kömək etmək, onların xoşbəxt olmasında vasitəçilik etməkdir, pul onun üçün heç nədir. İlham Mirzəyev demişdir ki, “mənim üçün əsas sənin xoş günündür”. O düşünmüşdür ki, gör, bu insan necə də yaxşı insandır. 

Beləcə, o, bir neçə dəfə “İlhaMed” Tibb Klinikasına İlham Mirzəyevin yanına gedib və onun qəbulunda olub. İlham Mirzəyev hər dəfə onunla bu cür danışıb və onu tam inandırıb ki, sevdiyi insanı onunla qovuşduracaq. Hər dəfə də oraya gedərkən İlham Mirzəyevin qəbuluna düşmək üçün kassaya 50 manat pul ödəyib və bunun müqabilində kassadan ona qəbz verilib, hər dəfə qəbula girdikdə İlham Mirzəyev pulun ödənilməsinə dair qəbzi ondan alıb. Növbəti dəfə bu məqsədlə qəbula gəldikdə İlham Mirzəyev puldan söhbət açıb və bildirib ki, “bu iş elə-belə başa gəlmir, başqalarına bu işi 4 min avroya edirəm, sənin üçün də hörmətə bu işi 3 min avroya görərəm”.

Bir də İlham Mirzəyev ondan sevdiyi oğlanın və özünün ayrı-ayrı fotoşəkillərini istəyib və deyib ki, pulla birlikdə həmin fotoşəkilləri də gətirməlidir. O, 3 min avro pulu, onun və sevdiyi oğlanın fotoşəkillərini İsrail dövlətinə göndərəcək ki, oğlanla onu qovuşdursunlar, sevdiyi oğlan gəlib ayağına düşsün. İlham Mirzəyev hətta bildirib ki, ondan alacağı 3 min avro pulun hamısını şəkillərlə birlikdə İsrailə göndərəcəyi səbəbindən pulu avro ilə istəyir və deyib ki, bu iş həll olunandan sonra onun özünə də ayrıca nə istəsə hörmət edər. İlham Mirzəyevin sözündən elə çıxıb ki, guya verəcəyi 3 min avrodan ona bir qəpik də qalmır, hamısını İsrailə göndərəcək. 

“Obijayeş...”

İlham Mirzəyev ondan sevdiyi oğlanın fotoşəklini də istəyib. O, “WhatsApp” proqramındakı profilindən A.X-nın fotoşəklini çıxarıb əldə edib. Özündə olan milli pulu valyutadəyişmə məntəqəsində avroya dəyişdirib 1600 avro pul əldə edib və həmin pulu özünün və A.X-nın ayrı-ayrı fotoşəkillərini İlham Mirzəyevə verib. İlham Mirzəyev bildirib ki, pulun qalan hissəsini də sabah gətirib versin, çünki İsrailə pulun hamısını göndərəcək. İlham Mirzəyev ondan A.nın şəklini alıb baxmış və sevdiyi şəxsin bu insan olduğunu bir daha soruşmuşdur. O, “hə” dedikdə, İlham Mirzəyev bildirib ki, “narahat olma, 15 günə kimi sevdiyin oğlanla səni qovuşduracağam”. O, İlham Mirzəyevin söylədiyi kimi bu işi belə qısa müddətdə görə biləcəyindən təəccüblənmiş və ondan “doğrudan?” deyə soruşub. İlham Mirzəyev isə ona rus dilində “obijayeş” deyə cavab verib. Sözündən elə çıxıb ki, onun bu qabiliyyətinə şəkk-şübhə etməsin. 

“Əlini qoy döşünün üstünə...”

O, həmin gün pulu və fotoşəkilləri İlham Mirzəyevə verib evə gəldikdən sonra götür-qoy edib. Fikirləşib ki, görəsən, bu insan həmin işi görə bilər, yoxsa yox? Söhbət əsnasında bir-iki nəfər tanışı ilə bu barədə ümumi danışıb, tanışları bunun yalan söhbət olduğunu, falçılığın boş, cəfəngiyyat olmasını və bu cür insanların onun kimi sadəlövh, hamıya inanan adamları tez bir zamanda aldadıb toruna salaraq pullarını ələ keçirdiklərini söyləmişlər. Bu söhbətdən sonra anlamışdır ki, İlham Mirzəyevin də ona söylədikləri, verdiyi vədlər boş yalandır. Bu cür sözlərlə onu aldadaraq 3 min avro pulunu ələ keçirmək istəyir. O, tam qərara gəlib ki, vermiş olduğu 1600 avro pulunu geri tələb etsin. Bu məqsədlə İlham Mirzəyevin mobil telefonuna həmin gün iki dəfə zəng vurub. Lakin zənglərinə cavab verməyib. Halbuki 3-4 gün əvvəl o, İlham Mirzəyevin bu nömrəsinə zəng vurub, İlham Mirzəyev özü telefonda onun zəng etdiyini bilib, geriyə, ona zəng vurub bu iş barədə danışmış, hətta “əlini qoy döşünün üstünə” deyərək ona 100 faiz ümid verib. Yəni İlham Mirzəyev telefon nömrəsini bilmiş, bu dəfə zənglərinə cavab verməyəndən sonra ona qarşı şübhələri daha da artıb, tam əmin olub ki, bu insan fırıldaqçıdır və onu aldadıb".  

Bundan sonra zərərçəkən İlham Mirzəyev barəsində hüquq-mühafizə orqanlarına şikayət etmək qərarına gəlib... (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar