Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda azərbaycanlıların etirazlarından sonra həbslər başlayıb


Urmiyədə azərbaycanlıların etirazları zamanı saxlanılanlardan ən azı ikisi həbsdədir


İranın Qərbi və Şərqi Azərbaycan əyalətlərində etirazlar Təbrizdə, yerli qəzet türkləri təhqir edən ifadələr dərc etdikdən sonra başlayıb.

Yeni Layihə qəzeti bir həftə öncə dərc olunan sayında Şahnamə əsərini uşaqlara izah edərkən türk döyüşçünü təhqiramiz ifadələrlə təsvir edib və bunu əsərdən sitat kimi təqdim edib.

Çərşənbə axşamı günü Təbrizdə yüzlərlə adam qəzetin yeni tərtibatına etiraz olaraq nümayişə çıxıb. Məlumatlara görə, bir nəfər həbs olunub.

İzdihamı göstərən və internetdə yayılan videolarda "Haray Haray Mən Türkəm", "Ölüm olsun faşistə" şüarlarının səsləndirildiyini görmək olar.

Etirazçılar həmçinin "Azərbaycan milləti, çəkəməz bu zilləti" şüarını səsləndiriblər.
Azərbaycanlılar Urmiyədə də eyni məsələ ilə bağlı etirazlar keçirməyə cəhd etsələr də, əraziyə təhlükəsizlik qüvvələri yeridildiyindən toplaşanların sayı çox olmayıb. 3 nəfər saxlanılıb, onlardan ikisi hələ də həbsdədir.

Qəzetin redaktoru Məhəmməd Reza Rabbani məsələlə ilə bağlı üzr istəyib. O deyib ki, müəllif bunu bilərəkdən etməyib. "Ancaq sözlərin seçilməsində düzgün qərar verilməyib".

İyulun 27-də İranda bəzi sosial media istifadəçiləri bu hadisələri şərh edib.
Tavaana adlı Facebook səhidəsində polislə etirazçılar arasındakı toqquşmaları göstərən video yerləşdirilib.

Bu paylaşımın altındakı şərhlərdən biri “Kami Bahremand” adlı istifadəçiyə məxsusdur: “Bu cahillik nə qədər davam edəcək? Mən özüm azəriyəm. Mənim əziz azəri-dilli dostlarıma kimsə çatdıra bilərmi ki, Şahnamədə türk (sözü), qonşu ölkələrdən İrana hücum edən vəhşi və aqressiv adamlar haqqında istifadə olunur? Bir qrup separatçı xainlər əziz Azərbaycanı İrandan ayırmaq üçün hər gün fürsət axtarır. Yaşasın İran”.
"Faisal Arianam" adlı Facebook istifadəçisi isə belə şərh yazıb: "Bunlar Şahnamədə yazılıb. Qəzetlə nə əlaqəsi var ki?"(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar