Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallıda icra başçısının müavini iş adamından 30 min manat alıb?


İcra nümayəndəsi olmaq istəyən Ərkivan sakini Anar Rəcəbova verilən vəd yerinə yetirilməyib, onu bələdiyyə sədri edəcəklər


Xəbər verdiyimiz kimi, dünən Masallı rayonunda etiraz aksiyası keçirilib.İsgəndərli sakinləri yolların bərbad vəziyyətdə olması səbəbindən küçələrə çıxaraq, vəziyyətin aradan qaldırılmasını tələb ediblər. 

Bu əsnada daxil olan yeni məlumatlara görə, həmin vaxt qəsəbə sakinləri icra başçısı Rafil Hüseynovun əraziyə gəlməsini istəyiblər. Lakin başçı onlarla görüşə gəlməkdən imtina edib, əvəzində isə ora müavinini və Masallı «meri»ni göndərib. Onlarsa əhali ilə hədə-qorxu dilində danışmağa başlayıblar. 

Məlumata görə, əhalinin toplaşdığı yerlərə icra başçısı Rafil Hüseynovun getməməsinin əsas səbəbi onun başının tamam başqa işlərə qarışması ilə bağlıdır. Əldə etdiyimiz məlumata görə, bu ilin sonlarında keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar əl-haya düşmüş icra başçısını prosesi sakit yola verməklə yanaşı, həm də ondan qazanclı çıxmaq düşündürür. 

Rayon sakinləri bildirirlər ki,  əvvəlki illərdən fərqli olaraq, bu il bələdiyyə üzvləri və sədrlərin kimliyi Masallıda artıq məlumdur. Amma ortada nə seçki var, nə də namizəd. Qeyd edilir ki, icra başçısının göstərişi ilə kəndlərdə əsasən ali təhsilli gənclərdən komanda hazırlanır. Komandalara isə iş prosesini bilən köhnə bələdiyyə üzvləri cəlb edilir. Amma bu ilki bələdiyyə heyətində hər bir kənd üzrə bir qadın bələdiyyə üzvünün də olacağı qətiləşdirilib. 

Artıq indidən kəndlər və qəsəbələr üzrə bələdiyyə sədrlərinin kim olacağı isə məlumdur. Onların təmənnasız bu postlara gətiriləcəyinə gəldikdə isə mənbələr bunu mümkünsüz hesab ediblər. Hətta bunun üçün konkret misal belə çəkiblər. 

Məlumatda deyilir ki, 16 minə yaxın əhalisi olan Masallının Ərkivan qəsəbə bələdiyyəsinin sədri artıq məlumdur. Rayonun ən böyük qəsəbəsi olan, habelə yetərli qədər imkanlı şəxslərin yaşadığı bu məntəqədə bələdiyyə sədri olmaq çoxlarının arzusudur. Elə bu səbəbdəndir ki, bəziləri icra başçısı və onun müavinlərinin «toruna» asanlıqla düşə bilirlər. Ərkivan qəsəbə bələdiyyəsinin sədri postuna artıq Anar Rəcəbovun gətirilməsi qətiləşib. Mənbə bildirir ki, bu məsələ hələ iki il əvvəl həllini tapıb. Amma bir qədər fərqli formada…

Anar Rəcəbov hələ iki il əvvəl Ərkivan qəsəbə İcra Nümayəndəliyinin rəhbəri olmaq üçün Masallı İcra Hakimiyyətinin məsul şəxsləri ilə, daha doğrusu, müavinlərdən biri ilə (adı bizə məlumdur, lakin hələlik açıqlamırıq-red.) danışıqlar aparır. Qısa müddətdə razılıq əldə olunur. Həmin razılığa əsasən Anar Rəcəbov icra başçısına çatacağı adıylı müavininə 30 min manat verir. Lakin bu arzusu baş tutmur. Çünki qəsəbədə daha imkanlı adamlarla yanaşı, yerli sakinlər başqa birinin icra nümayəndəsi olmasını tələb edirlər və onların istəyi keçir. 

Bundan sonra müavinlə Rəcəbov arasında 30 min manatın «razborkası» başlayır. Amma Masallı icra başçısının müavini birtəhər Ərkivan sakinini ələ alaraq, ona yeni vəd verir. Bu vəd isə Ərkivan qəsəbə bələdiyyəsinin sədri postu olur. Məlumat verən şəxslər deyirlər ki, Anar Rəcəbov artıq Ərkivanın bələdiyyə sədri kimi çıxış edir. Hətta ona o da deyilib ki, hazırda bələdiyyə sədri işləyən İsrail Tağıyev protokol işlərində səriştəli olduğundan Anar Rəcəovun müavini gətiriləcək. 

Qeyd edək ki, Rəcəbov qəsəbədə sahibkar kimi tanınır. Nüfuzsuz da adam sayılmır. 

Bu əsnada başqa bir maraqlı məlumat isə Ərkivan bələdiyyəsinə 5 ildə ayrılmış 116 min manatın hara xərclənməsi ilə bağlıdır. Bu ilin 1 oktyabrında Ərkivan Qəsəbə Bələdiyyəsinin 5 illik hesabat yığıncağı keçirilib. Həmin yığıncaqda bələdiyyə sədri İsrail Tağıyev çıxışında deyib ki, bu müddət ərzində onlara 116 min manat pul ayrılıb. Həmin puldan cəmi 870 manatı qəsəbənin abadlaşdırılmasına sərf olunub. Yerdə qalan hissə isə sədr, müavin və katibin əmək haqqı qismində sərf olunub. 

Məlumata görə, bu çıxışından narazı qalan icra başçısı Rafil Hüseynov bələdiyyə sədri İsrail Tağıyevi bərk danlayıb. 

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. (jam.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar