Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Media kapitanlarından kim deputat olmaq istəyir?


Azərbaycanda noyabr ayında keçiriləcək növbəti parlament seçkiləri yaxınlaşdıqca, cəmiyyətdə hansı media rəhbərinin seçkilərdə namizəd qismində iştirak edəcəyi ilə bağlı suallar yaranır


PİA.AZ xəbər verir ki, Azvision.az media rəhbərləri arasında qeyd olunan məsələ ilə bağlı sorğu aparıb. 

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət bildirib ki, qarşıdan gələn parlament seçkisində 56 saylı Xaçmaz Kənd Seçki Dairəsindən namizədliyi irəli sürəcək. 

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, eyni zamanda Bütöv Azərbaycan Xalq Cəbəhsi Partiyasının sədr müavini olan Elçin Mirzəbəyli deyib ki, partiya funksioneri kimi seçkidə fəal iştirak etmək vəzifəsindən irəli gələn bir məsələdir.

“Siyasi partiyaların aparıcı funksionerləri seçkidə iştirak etmək borcundadırlar. Partiyanın Ali Məclisi seçkidə iştirakla bağlı mənə etimad göstərəcəksə, seçkidə iştirak edəcəm. Amma, seçkidə iştirak mənim fərd olaraq arzumdan asılı deyil”. 

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə deputat olmaq istəmədiyini bildirib.

Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirib ki, seçkilərdə iştirakla bağlı hələlik qərar verməyib: “Seçkilərdə iştirakımla bağlı hər hansı bir maneçilik görmürəm. Ancaq, hələlik seçkidə iştirakımla bağlı qərar verməmişəm. 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə qeyd edib ki, yaxın günlərdə seçkilərdə iştirakla bağlı qərarını açıqlayacaq: “Bu məsələ barədə düşünürəm və seçkidə iştirakla bağlı qərarım olacaq. Yaxın günlərdə bur barədə açıqlama verəcəm”.

“Gündəlik Teleqraf” qəzetinin redaktoru Taleh Şahsuvarlı noyabrda keçiriləcək parlament seçkilərində bitərəf namizəd kimi iştirak edəcək. 

T. Şahsuvarlı bildirib ki, hakim Yeni Azərbaycan Partiyası namizədlərini elan etdikdən sonra hansı dairədən seçkiyə qatılacağını açıqlayacaq. 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun da seçkidə namizəd qismində iştirakı gözlənilir. Amma bununla bağlı R.Arifoğlu hələki qərarını açıqlamayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar