Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvadan ABŞ-a sərt reaksiya


ABŞ-ın bir sıra rus rəsmilərinə və bir neçə şirkətə yeni sanksiyaların tətbiq edilməsi Moskvanın ard-arda sərt reaksiyalarına səbəb olub

 
Axar.az xəbər verir ki, Rusiyanın Baş naziri Dmitri Medvedev iqtisadi sanksiyaların Rusiya-Qərb münasibətlərini 80-ci illərə qaytaracağı xəbərdarlığını edib.
 
Qərb ölkələrinin elan etdikləri sanksiyaların BMT qərarlarına zidd olduğunu deyən Medvedev “Bu sanksiyaları elan edən ölkələrlə əlaqələrimiz 80-ci illərə qayıda bilər. Bu, çox kədərlidir. Əgər tərəfdaşlarımız bunu istəyirsə, bu, baş tutacaq”, - deyə Qərbi tənqid edib.
 
Bundan başqa Medvedev sanksiya nəticəsində Rusiyada Amerika və Avropa əleyhdarlarının artacağı, xalqların öz ölkələrinin maraqlarını qorumaq üçün reaksiya verəcəyi ilə bağlı xəbərdarlıq edib.
 
Qeyd edək ki, ABŞ-ın tətbiq etdiyi yeni sanksiya paketinə iki bank - “Gazprombank” və “Vneşekonombank”, iki enerji şirkəti - “Novatek” və “Rosneft” daxildir.
 
ABŞ Maliyyə Nazirliyinin rəsmi internet səhifəsindən verilən məlumata görə, sanksiya siyahısına Rusiyanın “Almaz-Antey” və “Kalaşnikov” kimi müdafiə sənayesi sahəsində fəaliyyət göstərən iri şirkətlər, “İjmaş”, “Bazalt”, “Uralvagonzavod”, “NPO Maşinostroyenia” və “KB Təchizat Dizaynı Bürosu” da daxildir.
 
ABŞ-ın baş maliyyə idarəsinin verdiyi məlumata görə, sanksiyalara səbəb Ukraynanın ərazi bütövlüyü, suverenliyi, sabitliyi və təhlükəsizliyinin təhdid edilməsidir.
 
Xatırladaq ki, Avropa Birliyi üzv ölkələri ilə koordinasiyalı şəkildə sanksiya təklifi Obama tərəfindən İngiltərə Baş naziri Devid Kameron, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel ilə görüş zamanı irəli sürülüb. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar