KİV-lərdə müdafiə naziri Zakir Həsənovun Şəmkirdəki hərbi hissəyə səfər çərçivəsində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovu döyməsi ilə bağlı xəbər yayılıb
“Bu məlumatı yazan və yayan şəxsin psixi durumunda çatışmazlıq var”
Moderator.az-a açıqlama verən Müdafiə Nazirliyinin mətbuat xidməti yayılan informasiyanı absurd adlandırıb:
“Açığı, bu kimi absurd xəbərə şərh vermək belə yersizdir. Bu məlumatı yazan və yayan şəxsin ehtimal ki, psixi durumunda çatışmazlığı var və müəyyən problemləri mövcuddur”.
Qeyd edək ki, dünən bəzi KİV-lərdə müdafiə naziri Zakir Həsənovun Şəmkirdəki hərbi hissəyə səfər çərçivəsində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovu döyməsi ilə bağlı xəbər yayılıb. Yayılan xəbərə görə buna səbəb hərbi hissə daxilində fəaliyyət göstərən restoranın sökülməsi ilə bağlı müdafiə nazirinin tələbinin icra başçısı tərəfindən icra edilməməsi olub.
pia.az