Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllimlər 4 aydır ki, maaş almır - Sumqayıtda


Dörd aydır ki, maaşlarını ala bilməyən Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin bir qrup müəllimi “Qafqazinfo”ya müraciət edib


Onlar bildiriblər ki, 2009-cu ildən pilot layihə kimi sözügedən məktəbdə inklüziv təhsil (sağlamlıq imkanları məhdud şəxslərin təhsili) verirlər.

 Müddətsiz müqavilə ilə işə qəbul olub, bugünkü günə kimi də məktəblə əməkdaşlıq edirlər. İndi isə onlara layihə müddəti bitdiyi üçün əmək haqlarının ödənilməyəcəyi deyilib: “Gah deyirlər ki, layihənin müddəti bitib, gah da ştatların qanunsuz artırıldığını iddia edirlər. 2009-cu ildən ötən ilin sentyabr ayına kimi 7 il işləyib maaşlarımızı almışıq. Əgər dedikləri doğrudursa, bəs bizə necə büdcədən maaş ayrılırdı? Ştat cədvəlləri hər il Maliyyə Nazirliyinin qeydiyyatından keçirilir. Təhsil Nazirliyi layihə ilə bağlı hər hansı bir qanun pozuntusu aşkar edibsə, cavabdehlərin məsuliyyətə cəlb olunması üçün Baş Prokurorluğa müraciət olunmalıdır, bizim 4 aylıq maaşlarımızı kəsmək yox”.

Şikayətçilər bildiriblər ki, problemlə bağlı dəfələrlə Təhsil Nazirliyinə rəsmi müraciət olunsa da, müraciətlər cavablandırılmır.

Sayt da nazirliyə sorğu göndərib. Amma məsələ ilə bağlı onlara da cavab verilməyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar