Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mükafatlandırılan 5 general hansı vəzifəni tutur?


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 3 zabitinə ali xüsusi rütbə verilib


Həmçinin bir neçə general cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə təltif ediliblər:

Ali xüsusi rütbə alan şəxslərin, eləcə də xidmətdə fərqləndiklərinə görə, mükafatlandırılan generalların DİN sistemində hansı vəzifəni tutduqlarını aydınlaşdırmışıq:

1. Polis general-leytenantı ali xüsusi rütbəsi verilən şəxs – general-mayor İsmət Rəşid oğlu Əliyev – Daxili işlər nazirinin müavini vəzifəsini tutur.

2. Polis general-mayoru ali xüsusi rütbəsi verilən polkovnik Seyfulla Səttar oğlu Əzimov – DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini tutur.

3. ​2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan general-leytenant Quliyev Fazil Balahəsən oğlu – Daxili işlər nazirinin müavini, eyni zamanda Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi vəzifəsini tutur.

4. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan general-mayor Seyidov Mirqafar Mircəfər oğlu – Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini tutur.

5. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan general-mayor Bağırov Səhlab Əloş oğlu – Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsini tutur.(strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ən çox oxunanalar