Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsəlman səfirlər iftar süfrəsinə toplaşdılar


Xarici İşlər Nazirliyi adından nazir müavini Xələf Xələfov müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini İftar məclisinə dəvət edib


Nazirlikdən verilən məlumata görə, X. Xələfov Azərbaycanın İslam aləminin ayrılmaz hissəsi olaraq müsəlman ölkələri ilə hərtərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini qeyd edib. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli müstəvidə  siyasi, iqtisadi və mədəni sahədə əməkdaşlığı gündən-günə dərinləşdiyini vurğulayıb.
 
Nazir müavini Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, ölkəmizin təşkilatın fəal üzvü kimi üzv dövlətlərarasındakı həmrəyliyin daha da gücləndirilməsi üçün çalışdığını bildirib.
 
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir müavini, münaqişənin həlli prosesində  Azərbaycanın  mövqeyinin  müsəlman  ölkələri tərəfindən dəstəkləndiyini, İslam əməkdaşlıq Təşkilatının dəfələrlə münaqişə ilə bağlı reallığı, ədaləti, beynəlxalq hüququ və  Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul etdiyini vurğulayaraq, bu dəstəyə görə təşkilata üzv olan ölkələrə bir daha təşəkkürünü bildirib.
 
O, müsəlman ölkələrinin Azərbaycandakı səfirlərinə fəaliyyətlərində uğurlar arzu edərək, müqəddəs ayda xalqlarına və hökumətlərinə rifah, xoşbəxtlik və inkişaf arzularını çatdırıb.
 
Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri adından çıxış edən Mərakes Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami İftar məclisinin təşkil olunmasından məmnunluq duyduqlarını qeyd edərək  həmkarları adından təşəkkürünü bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar