Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müşavir Ali Neft Məktəbində çıxış etdi



ARDNŞ prezidentinin müşaviri, “Azəri-Çıraq-Günəşli” (AÇG) ” layihəsinin Rəhbər Komitəsinin sədri, AzAÇG şirkətinin baş icraçı direktoru Yaşar Lətifov və şirkətin mütəxəssisləri Oqtay Bağırov, Şaiq Bəkirov, Emin Əliyev Bakı Ali Neft Məktəbində olublar və tələbələrlə görüş keçiriblər


Ali məktəbdən verilən məlumata görə, tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayıb və onları Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib. ARDNŞ-nın son illər keçdiyi inkişaf yolundan bəhs edən rektor, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi irimiqyaslı layihələr barədə tələbələrin diqqətinə çatdırıb.

Daha sonra ARDNŞ prezidentinin müşaviri Y. Lətifov tələbələr qarşısında AÇG layihəsinə dair videogörüntülü təqdimatla çıxış edib. Təqdimatda Azəri-Çıraq-Günəşli yatağının dünya səviyyəsində ən iri neft yataqlarından olduğunu,  1994-cü ildə Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq", “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış “Əsrin müqavilə”sinin icrası olduğunu, layihənin Azərbaycanın siyasətində, iqtisadiyyatında və vətəndaşların sosial həyatındakı  önəmindən və rolundan bəhs edilib.

Tədbirin sonunda görüşün səmərəli keçməsindən məmnunluq ifadə olundu və ARDNŞ prezidentinin müşaviri Yaşar Lətifova BANM-in “Fəxri qonaq” diplomu təqdim olunub. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar