Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO-Rusiya qarşıdurması Azərbaycana təsir edə bilər


NATO qüvvələrinin Baltikyanı ölkələrdə dislokasiyasının zamanını açıqladı


Bu, 2017-ci ilin yanvar ayıdır. Qeyd olunur ki, NATO-ya üzv 28 ölkənin müdafiə nazirləri alyansın bir taborunun rotasiya qaydası əsasında Latviya, Litva, Estoniya və Polşaya yerləşdirilməsi barədə razılıq əldə ediblər.

ABŞ-ın NATO yanındakı daimi nümayəndəsi Duqlas Lyutun sözlərinə görə, hər birləşmədə şəxsi heyətin sayı 800-dən 1000 nəfərədək ola bilər və onlar hər 6-9 aydan bir əvəzlənəcəklər.

Eyni zamanda artıq Rusiya da Ermənistanın hava məkanını  nəzarətə almasına hədəflənmiş ortaq Hava Hücumundan Müdafiə (HHM) Sistemi yaratmaq barədə İrəvanla imzalanan sazişin ratifikasiyası ərəfəsindədir.

Hesab olunur ki,  Ermənistandan sonra bura Tacikistan və Qırğısızdan da daxil ediləcəklər. Qazaxıstan və Belarusda isə artıq bu sistemi qurublar. Ekspertlər hesab edirlər ki, bu, dolayısı ilə NATO ilə Rusiya arasında "soyuq müharibə"nin başlaması deməkdir.  Bütün bunların isə Azərbaycana və regionda digər ölkələrə təsir edəcəyi istisna edilmir. 

PİA.AZ bildirir ki, NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov mövzu ilə bağlı musavat-a deyib ki, Avropada havadan müdafiə sistemləri artıq uzun zamandır ki, mövcuddur. Sadəcə olaraq, bu məsələ indi daha açıq şəkildə müzakirə olunmağa başlanıldı:

"Hələ Rusiya prezidenti Boris Yeltsin dönəmində Rusiya çox ağır şərtlər altında bir neçə strateji müqaviləyə imza atmağa məcbur idi. Səbəb isə Rusiyanın maliyyə ehtiyacının olması idi. Amerika da o zaman yaranmış siyasi prosesdən istifadə edərək Rusiyanın razılığı ilə Avropada havadan müdafiə sistemləri yerləşdirdi. İndiki proses bu raketlərin sayının çoxaldılması ilə bağlıdır. Əslində eyni prosesi də məhz Rusiya Ermənistan ərazisində apardı. Hazırda Rusiyanın Ermənistanda havadan müdafiə sistemi mövcuddur. Hədəf isə NATO ölkəsi, Türkiyə və gələcəkdə İrandır. Bu gün İranla nə qədər müttəfiq siyasət yürütsə də Rusiya bilir ki, İran güvəniləsi dövlət deyil. Eyni siyasət də İrana aiddir. Onlar da Rusiyanı güvənli tərəfdaş hesab etmirlər. Bu baxımdan hazırda gedən siyasi münaqişələr bütünlükdə güc və mövqe nümayişidir. Amerika, dolayısı ilə NATO haqlı olaraq Avropanın təhlükəsizliyini  qarant  altına almaq üçün əlavə hərbi addımlar atır.  Bu da normaldır, çünki yerləşdirdiyi əlavə hərbi qurğular NATO-ya üzv ölkələrin ərazisindədir. Bu isə alyansın təhlükəsizliyinə şərtdir. 2008-ci ildən hər kəs Rusiyanın aqressiyasının şahididir. Bu baxımdan Amerika və NATO Qlobal Təhlükəsizliyə və tərəfdaşların təhlükəsizliyinə bir növ cavabdeh tərəfdir. Bütün atılan addımlar da buna hesablanıb".

Proseslərin Azərbaycana təsiri barəsində isə F. Məmmədov aşağıdakıları bildirib: "Hazırda NATO, dolayısı ilə Amerika və Rusiya çəkişməsi siyasi, iqtisadi, hərbi sahələrdə açıq şəkildə hiss olunur. Bu, bir növ siyasi mövqe savaşına bənzəyir. Hansı tərəf güclü olarsa, onun əhatə dairəsi və təsiretmə gücü böyük olacaq. NATO genişlənmə xəttini tutur, Rusiya isə buna qarşıdır. Səbəb budur ki, NATO-nun genişlənməsi Amerikanın böyüməsi deməkdir. Bu prosesdə Cənubi Qafqazın da xüsusi yeri var. Belə ki, Cənubi Qafqaz böyük bir səddir. Əgər bu səddi NATO keçərsə, yaxud da buraya yerləşərsə, o zaman alyans üçün digər ərazilər o qədər də önəm kəsb etməyəcək. Təbii ki, bu proseslərdə regionda olan ölkələr də müəyyən qədər hərbi, iqtisadi, siyasi  basqılarla üzləşəcəklər. Basqı edən tərəf isə Rusiyadır. Azərbaycanın bu məsələdə fərqli tərəfləri var. Belə ki, ölkəmizdə beynəlxalq strateji layihələr icra olunur. Buna görə də  Rusiya açıq şəkildə hər hansı bir təsiri edə bilmir. Ancaq öz əlaltıları ilə ölkənin milli təhlükəsizliyinə ciddi zərbələr endirə bilir. Bu da gizli formada baş verir. Azərbaycan tərəfi hələ ki neytral mövqedə çıxış edir. Lakin bir gün tərəf tutmağa məcbur olacaq. Gərək o məcburiyyətə xarici siyasət prioritetlərimizi elə bir şəkildə formalaşdıraq ki, prosesin sonunda məğlub tərəf olmayaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar