Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narkotiklərlə mübarizə gününə həsr olunmuş dəyirmi masa keçirilib - Qaradağda


İyunun 24-də Heydər Əliyev Mərkəzində “26 iyun-Narkotiklərlə Ümumdünya mübarizə günü”nə həsr olunmuş dəyirmi masa keçirilib


Dəyirmi masada Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini E.Abbasov, rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi B.Bayramov və həmin idarənin  yetkinlik yaşına çatmayanlar üzrə inspektoru C.Ömərova, Bakı şəhəri Narkoloji Dispanserin həkim-narkoloqları V.Əliyeva və K.Lukoşkina, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov və rayon gəncləri iştirak edirdi. 

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini E.Abbasov narkomanlığa qarşı kütləvi şəkildə mübarizə aparmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  24 iyun 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş üçün “Narkotik vasitələrin, psiхotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə” Dövlət Proqramının (2013-18-ci illər) icrası ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə üzrə rayon komissiyası yaradılmasını qeyd edərək komissiyanın fəaliyyət istiqamətləri barədə danışdı.

Komissiya üzvü,  rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov keçirilmiş tədbirlər haqqında məlumat verərək narkomanlıqla bağlı statistik göstəriciləri iştirakçıların nəzərinə çatdırdı. Digər çıxış edənlər polis əməkdaşı B.Bayramov, həkim V.Əliyeva narkomanlığın profilaktikası ilə bağlı yeniyetmə və gənclərin təmsil olunduqları yerlərdə müvafiq mövzularda seminarların, sərgi, aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etdilər. Tədbirin sonunda iştirakçıların suallarına açıqlamalar verildi.  
 
pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar