Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nərimanovda referenduma start verildi

Nərimanov rayonunda da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda səsvermə prosesi başlanılıb


Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin edilən referendumda səsvermə prosesi başlanılıb.

Bütün seçki məntəqələrində əhalinin rahatlığı nəzərə alınmış və seçicilərin öz istədikləri namizədə səs vermələri üçün hər cür şərait yaradılmışdır. Rayonda dairə seçki komissiyalarının tərkibində olan seçki məntəqələri bütün zəruri texniki avadanlıqla təmin edilmişdir. Məntəqələrdə seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Şəffaflığın təmin edilməsi məqsədilə ümumilikdə 25 məntəqədə veb-kameralar quraşdırılmışdır.

Qeyd edək ki, Nərimanov rayonunda ümumilikdə 3 seçki dairəsi üzrə məntəqələrin sayı 84, seçicilərin ümumi sayı isə 110 min 469 nəfərdir. 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə Nərimanov rayonunda hazırda 16 məntəqə mövcuddur. Nərimanov rayonu üzrə sözügedən seçki dairəsində qeydə alınan 20 min 754 seçici var. Seçki dairəsinin Nərimanov rayonu üzrə 5 seçki məntəqəsində veb-kamera quraşdırılıb. 19 saylı Nərimanov 1-ci seçki dairəsi üzrə hazırda 35 məntəqə mövcuddur. Ümumilikdə bu dairə üzrə 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb.

Dairə üzrə qeydə alınan 45 min 690 seçici var. 20 saylı Nərimanov 2-ci seçki dairəsinin ərazisində 33 seçki məntəqəsi mövcuddur. Dairə üzrə 44 min 25 seçici qeydə alınıb. Bu dairəni əhatə edən 10 məntəqədə veb-kamera quraşdırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar