Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Növbəti Qarabağ danışıqlarının intizarında...

Bəlkə də oxucu bizim Qarabağ ətrafındakı danışıqlar prosesinə diqqətimizi bölüşmür. Bəlkə də ürəklərində deyirlər ki, real olaraq heç nəyin baş vermədiyi təqdirdə bunlar Qarabağ haqqında nə çox danışırlar? Bəlkə də deyirlər ki, Ermənistanda son bir-iki ayda baş verən proseslərlə Qarabağ danışıqlarının daha bir raunduna nöqtə qoyulmadımı?..


Təbii ki, onlar müəyyən mənada haqlıdırlar. Boş yerdən hay-küy qaldırmağı bu ölkədə yalnız “muzdlu politoloqlar”a bağışlamaq olar, ona görə ki, bu da onların dolanışıq yeridir...

Amma bizi bütün hallarda proses maraqlandırmaqda davam edir. Birincisi, ona görə ki, aprel döyüşlərinin prosesə öz töhfəsini gözləyirik. Düzdür, apreldə çox şey edə bilmədik, bizə bəlli olmayan səbəblərdən Azərbaycanın hərbi üstünlüyünü ciddi şəkildə təsdiqləmək mümkün olmadı və bunu etiraf edirik. Amma yenə də düşünürük ki, ermənilərə çox ciddi işarə olmalı idi aprel döyüşləri...

Düzdür, ermənilər hələ də həmin olayları elə qələmə verirlər ki, guya, bu olaylar Azərbaycanın uğuru deyil, onlarınkı idi. Belə deyirlər ki, illərlə Ermənistana dərs vermək istəyən Azərbaycanın ciddi hərbi həmləsinin qarşısını çox kiçik itki ilə ala biliblər...

Amma bizə elə gəlir ki, bəzən gücü hiss etdirmək də az nəticə vermir və elə bu səbəbdən də düşünürdük ki, diplomatiyamız hərbçilərimizin ciddi uğurunu xarici siyasətin uğuruna transformasiya edə biləcəklər... 

Bu günə qədər təəssüf ki, bunu görə bilmirik. Amma ümidliyik və hesab edirik ki, hələ danışıqlar prosesinə nöqtə qoyulmayıb...

Təbii ki, Türkiyənin prosesə cəlb olunacağı anı səbirsizliklə gözləyirik. Bu məsələdə də çox dolaşıqlıq var. Həmsədrlər sanki bir ay bundan əvvəlcə dediklərini unudublar. Ruslar sanki “yeni plan”larında Türkiyəyə ayrılan rol barədə söylədiklərini tamam yaddan çıxarıblar. 

Yadınıza gəlirsə, hələ Sankt-Peterburq görüşündə R.T.Ərdoğan təklif vermişdi və demişdi ki, Qarabağ problemini çözmək üçün daha bir format da, Ankara-Bakı-Moskva üçbucağını da yaratmaq olar. Rusiyanın prezidenti o vaxt buna reaksiya vermədi, elə rusiyalı diplomatlar da bu məsələ ilə bağlı hər hansı açıqlama verməyiblər, bu xüsusda danışmır və ona toxunmurlar...

İndi belə bir xəbərlər yayılır ki, BMT-nin növbəti sessiyasında AzərbaycanErmənistan xarici işlər nazirlərini və hətta ola bilsin ki, prezidentlərini görüşdürmək mümkün olacaq...

Demirik ki, yüz faiz belə də olacaq. Təbii ki, prezidentlərinin görüşündən əvvəl xarici işlər nazirləri görüşməlidir...

Amma yenə də özümüzü inandırmaq istəyirik ki, nəsə etmək mümkün olacaq, təbii ki, əgər həmsədrlər şəbəkələrdə status yazmaqdan macal tapıb ciddi və praktiki diplomatiya ilə məşğul olmağa qərar versələr...

Bir daha deyirik ki, oxucuların şübhələrini və tərəddüdlərini biz də bölüşürük. Bəzi muzdlu “politloq”lar kimi heç nə olmadığı halda böyük bir uğurdan dəm vurmaq fikrində deyilik...
Sözsüz ki, burada dünyadakı vəziyyəti də nəzərə almaq lazımdır. İndi böyük siyasətin əqrəbləri yenidən Yaxın Şərqə - Suriya probleminə tərəf dönüb. Hətta Ukrayna məsələsinə də əvvəlki diqqət ayrılmır...

Həm də ABŞ prezident seçkisi ərəfəsindədir. Bu seçki isə ən azı sürprizlərlə bol olmağı vəd edir. Elə ola bilər ki, ən gözlənilməz hadisə baş verər və D.Tramp prezident seçilər. Hələki sosioloqların qənaətindən və seçki mütəxəssislərinin dediklərindən daha çox “ola bilməz!” məntiqinə inanırıq. Düşünürük ki, Tramp ona görə prezident ola bilməz ki, bu, sadəcə, mümkün deyildir, çünki ABŞ prezidentliyinə namizəd olan bir kəsin başqa bir dövlətin başçısı - V.Putin qarşısında bu qədər kiçilməsi mümkün deyil. Başqa dövlətin başçısının digər bir dövlətin, özü də fövqəldövlətin seçkilərinə bu qədər müdaxilə etməsi ən azı siyasi məntiqlə uzlaşmır. Amma kim bilir? Bir də gördün ki, hər şey alt-üst oldu və Tramp elə doğrudan da prezident seçildi!..

Düzdür, ABŞ Qarabağ probleminə münasibətdə daha çox Rusiyanın səylərinə dəstək verdiyini bəyan edir və bunun üçün prezident seçkisi elə də təsirli deyildir. Amma hiss olunur ki, H.Klinton prezident seçilərsə Rusiyaya qarşı daha sərt siyasət yürüdüləcək...
Qərəz, əksər parametrlər prosesin mürəkkəb bir durumda olduğuna dəlalət edir. Biz də bunun fərqindəyik. Amma bir məsələni bir daha bu konteksdə qeyd etmək istərdik... 
“Aralıq həll variantı” bu gün üçün bəlkə də böyük kompromis idi. Hətta Azərbaycan da onu müəyyən düzəlişlərlə qəbul edə bilərdi. Bizim üçün mühüm olanı budur ki, işğal edilmiş rayonlar dərhal qaytarılsın, Qarabağa veriləcək müvəqqəti status isə Azərbaycanın Konstitusiyasının tələblərinə, ölkənin Ali Qanunun ruhuna uyğun olsun...

Ən maraqlısı isə bilirsiniz nədir? Həmsədrlər həmişə deyirlər ki, guya onlar BMT-nin 4 qətnaməsinin ruhuna adekvat danışıqlar aparırlar. Gəl, həmin sənədlərə görə işğal olunmuş ərazilər qeyd-şərtsiz qaytarılmalıdı!  

Erməniləri son təkliflərdə əndişələndirən budur ki, onlar Qarabağı lap əvvəldən, prosesin lap başlanğıcından Azərbaycandan kənarda görmək istəyirlər. Amma onlara bu variantı da - “aralıq həll variantı”nı da qəbul etdirmək mümkün olmasa, ya məsələ uzun müddətli dalana dirənəcək, yaxud da ki, bir daha hərbi müstəviyə keçəcək...(musavat.com)

Yazar : Hüseynbala Səlimov

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar