Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nurçu iş adamları Azərbaycandan Türkiyəyə yol axtarır

AAAF-ın rəhbəri Tofiq Heydərovun Fətullah Gülənin Bakıdakı «imam»ıyla iş birliyi ortaya çıxıb


Manatın devalivasiyasından sonra Türkiyə rəsmiləri maraqlı bir məlumat yaydılar. 

Həmin məlumatda vurğulanırdı ki, fevralın 21-dən sonra Azərbaycandan Türkiyəyə müxtəlif yollarla 3 milyard dollara yaxın pul axıb. Və maraqlı məqam odur ki, həmin pulların böyük bir qismi biznes sahələrinin yaradılması məqsədiylə qardaş ölkəyə keçirilib. Amma…

Nurçular niyə «gizləndilər»? 

Artıq bir ilə yaxındır ki, Türkiyədə baş qaldırmış Fətullah Gülən-Ərdoğan savaşı pik həddə satıb. Okeanın o biri tayında yaşayan və Ankaranın işlərinə bütün istiqamətlərdə təsir etmək gücü olan Gülən, artıq Türkiyədə xeyli sıxışdırılıb. Böyük biznes sahələri AKP hökuməti və ya onun tərəfdarlarının əlinə keçib. Siyasət və iqtisadiyyatdakı bütün «fətullahçılar» ya zərərsizləşdirilib, ya da didərgin salınıb. 

Bu proses fonunda Azərbaycanda da nurçularla bağlı maraqlı proseslər baş verdi. 

JAM.AZ xəbər verir ki, əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov vəzifəsindən azad edildi. Ardından isə Prezident Admnistrasiyasının əsas fiqurlarından biri olan Elnur Aslanov «vurularaq, Rabitə Nazirliyinə «sürgün» edildi. Fətullah Gülənin əsas adamları sırasında olan bu iki şəxsin ardından isə iş dünyasındakı nurçuların axtarışları başladı. Qısa müddətdə Gülənə bağlı bəzi iş adamları «biətə» dəvət edildi və onlar da təklif qarşısında israr edə bilmədilər. 

Amma bu proseslərin təhlükəli həddə çatdığını görən nurçuların bir qismi gizlənməyə nail oldu. Daha doğrusu, həmin iş adamları «kamifulyaj» olaraq, müəyyən dairələrin diqqətindən yananmağı bacardılar. Lakin bir müddətdən sonra onların bəzilərinin «quyruğu» görünməyə başladı. 

AAAF-dan boylanan «Fətullah»…

Azərbaycanda böyük iş adamlarından biri də Tofiq Heydərovdur. Bu şəxs Xırdalanda salınan eyni adlı şəhərciyin memarı və həmin işləri həyata keçirən şirkətin rəhbəridir. Adı əvvəlcə, vəhhabilər və hiələrlə birlikdə hallanan Heydərovun sonradan Fətullah Gülən tərəfdarı olduğu aşkarlandı. 

Bu şəxs haqqında geniş araşdırmamızı yaxın günlərdə yayımlayacağıq. Şələlik isə qısa olaraq bildirək ki, Tofiq Heydərovun Fətullah Gülən tərəfdarları ilə bağlayan bir çox tellər və şəxslər var. Onların arasında elə şirkətin maliyyə qaynaqlarına nəzarət edən fiqur da kiçiklərdən sayılmır. Gülənin əsas fiqurlarından olan, eyni zamanda, Azərbaycandakı nurçu iş adamları ilə Pensilvaniya arasında münasibətləri quran Rəşad Əliyevin sonradan daha böyük bir problem olduğu aşkarlanır. Amma…

Nurçular Türkiyəyə Azərbaycandan yol axtarır

Bu əsnada yazının əsas məğzinin bir qismini diqqətinizə çatdırırıq. AAAF-ın rəhbəri Tofiq Heydərovun atdığı addımlar belə deməyə əsas verir ki, Azərbaycanda qərarlaşmış nurçular Gülənin təlimatı əsasında Türkiyəyə yol axtarırlar. Və bu zaman heç də kiçik olmayan azərbaycanlı məmurların imkanlarından yararlanırlar. 

JAM.AZ-ın araşdırmalarına görə, Tofiq Heydərov artıq Türkiyədə 40 hektar ərazini alaraq, orada şəhərcik salmağa hazırlaşır. Hətta bu layihəni əldə etmək üçün onun Türkiyədə dəridən-qabıqdan çıxdığı vurğulanır. Bundan əlavə isə haqqında nurçu məsələsi ilə bağlı məlumat yayıldıqdan sonra Ankara rəsmiləri onu tenderdən kənarlaşdırmaq istəyiblər. Amma bu zaman Azərbaycanda nazirlərdən biri (hələlik adını açıqlamırıq, çünki yaxın günlərdə bu barədə geniş məlumat verəcəyik-red.) araçılıq edərək, Heydərova yardımçı olur. Və onun şirkətinin Türkiyədə iş görməsinin davam etməsinə yardımçı olur. 

P.S. Azərbaycanda nurçularla bağlı iş adamlarının Türkiyəyə axın etməsi, fevralın 21-dən sonra 3 milyard dolların ölkədən necə çıxarıldığı, Gülən tərəfdarlarının Azərbaycan üzərindən hansı şəkildə hərəkətləndikləri, habelə hansı nazirin onlara yardımçı olduğu əsas aspektlərinə dair geniş araşdırmanı yaxın günlərdə oxuya biləcəksiniz. Bizi izləyin…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar