Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oliqarxa ilk sarsıdıcı zərbəni prezident vurdu


Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılovun 2009-cu ildə Türkiyədə böyük təntənə ilə açdığı yeddiulduzlu “Mardan Palace” otelinə oliqarxın kredit borclarına görə həbs qoyulduğu və hərraca çıxarıldığı məlumdur


Otelin satışına dair ilk hərrac iyun ayının ilk həftəsində olacaq. 1,4 milyard dollara başa gələn otel cəmi 315 milyon türk lirəsindən (təxminən 180 milyon dollar) satışa çıxarılıb.

“Fortuna” biznes jurnalının türk versiyası Telman İsmayılovun niyə bu kökə düşdüyünü, böyük pafosla və təntənə ilə açdığı otelinin niyə məcburən satışa çıxarıldığını araşdırıb.

Jurnal yazır ki, Telman İsmayılova ilk sarsıdıcı zərbəni Rusiya prezidenti Vladimir Putin vurdu. Onun Moskvadakı “Çerkizovsk” bazarını bağlatdırdı və 2 milyard dollar dəyərində olan 6 min konteynerini müsadirə etdirdi.

İsmayılovun sıxıntılı günləri də “Çerkizovsk” bazarının bağlanması ilə başladı. Çünki o, Türkiyədəki otelin inşası üçün Moskvadakı banklardan 400 milyon avrodan çox kredit almışdı.

Oliqarx bu krediti bazardan sel kimi axan nağd gəlirlərlə bağlamağı planlaşdırırdı. Ancaq gözlədiyi olmadı. Kreditləri gecikdirdiyi üçün faizlərlə birlikdə borcları aşıb-daşdı.

Digər səbəb isə 1,4 milyard dollar investisiya hesabına başa gələn “Mardan Palace”nin açıldığı gündən etibarən yetərli müştəri cəlb edə bilməməsi və ziyanla işləməsi oldu.

1MA

Türkiyənin Turizm Yazarları və Jurnalistləri Dərnəyinin başqanı Kerem Köfteoğlu deyir ki, T.İsmayılovun otelə dair “əsaslandırılmamış qərarları” yatırılan vəsaitin boşa getməsinə səbəb olub. Onun fikrincə, T.İsmayılov bu oteli tikmək üçün yanlış məkan seçmişdi, üstəlik yanlış idarəçilərlə işləyirdi.

Jurnalist deyir ki, Antalyanın Kundu bölgəsində, “Mardan Palace”nin yerləşdiyi bölgədə otellər “hər şey daxil” prinsipi ilə işləyir və güclü rəqabət olduğundan ucuz qiymətlər təklif edir. Belə bölgədə yeddiulduzlu otel inşa edib müştəri cəlb etmək isə çox çətindir. Onun fikrincə, T.İsmayılov oteli Bodrumda inşa etsəydi, daha doğru seçim etmiş olardı. Üstəlik “Mardan Palace”nin lüks imicini idarə edəcək menecerlər tapılmadı. Əvvəlcə işə peşəkarları, dünyanın prestijli otellərində işləmiş menecerləri dəvət etdilər. Ancaq gəlir azalmağa başlayanda daha ucuz menecerlər işləməyə başladılar.

Turizmgazetesi.com saytının və “Resort” jurnalının redaktoru Fehmi Köfteoğlu da “Mardan Palace”nin tikildiyi gündən bəri özünü ən elit təbəqəyə təqdim etməyə çalışdığını, ancaq buna nail olmadığını deyir.
“Layihə hazırlanarkən hədəf kontingent düzgün seçilmədi. Lüks xidmətlər təklif edən otel çox keçmədən bölgədəki digər otellər kimi “hər şey daxil” prinsipinə keçdi. Sistem pis deyil, ancaq “Mardan Palace”nin başqalarından ciddi fərqi qalmadı”- deyə Fehmi Köfteoğlu bildirir.

Oteldə üç gün qalan, ancaq xidmətlərindən məmnun olmayan müştəri isə deyir ki, “Mardan Palace”da hər şey lüksdür, ancaq bu lüksü idarə edə bilən personal yoxdur. O, üç gün ərzində otelə xeyli pul ödəsə də xidmətlərdən narazı qaldığını, personalın intizamsızlığının və səhvlərinin şahidi olduğunu deyir.

“Hesab edirəm ki, otelin tikintisi zamanı tədarükçülər də Telman İsmayılovu aldadıb. Hər kəsə 1 lirəyə satdıqları malı ona “lüks” qiymətə sata bilərdilər. Üstəlik Kundu bölgəsi 1,4 milyard dollar investisiya qoyulacaq yer deyil. Bütün bu səhvləri üst-üstə gələndə iflas qaçılmaz idi” – müştəri deyir.(virtual.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar